Vladislav Lisovets (rus. Владислав Лисовец; doğ. 9 avqust 1972, Bakı, Azərbaycan SSR, SSRİ) — rusiyalı stilist, saç ustası, dizayner və teleaparıcı.
Vladislav Lisovets | |
---|---|
rus. Владислав Лисовец | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan → Rusiya |
Fəaliyyəti | saç ustası, stilist, teleaparıcı, dizayner |
Lisovets.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladislav Lisovets Bakı şəhərində doğulub və böyüyüb. Valideynləri dəmiryolçu idilər. Atası Vasili Lisovets lokomotiv maşinisti, anası Tatyana Lisovets isə dəmiryolu nəznindəki laboratoriyada kimyaçı idi. Vladın özündən böyük qardaşı var.[1]
Vlad Bakıda "Geniş profilli saç ustası" ixtisası üzrə təhsil alıb, sonralar Moskvada ali təhsilini "Psixoloq" ixtisası üzrə davam etdirib.
1994-cü ildə Lisovets Bakıdan Moskvaya köçüb. Bir müddət sonra "Ostankino" telemərkəzində işləməyə başlayıb. "Aqata Kristi" və "Blestyaşie" musiqi qruplarının, həmçinin Anita Tsoy, Janna Friske, Valeri Leontev, İrina Ponarovskaya və Avraam Russo kimi müğənnilərin stilisti olub. Feşn-şoularda çıxış edib.[1] "Aqata Kristi" qrupunun və Kristina Orbakaytenin kliplərində çəkilib.[1]
"Domaşniy" telekanalında yayımlanmış "Qadın geyimi" və "Gözəllik tələb edir!" verilişlərinin aparıcısı olub. "Muz TV"-nin "Rus sayağı top-model" layihəsində münsif qismində, "Fashion Akademiya" realiti-şousunda isə xüsusi qonaq qismində iştirak edib.[1] 2013-cü ildə "Fort Boyard" realiti-şousunda iştirak edib və Yuri Qrımovun komandasının heyətində finaladək irəliləyib.[1]
Rusiyanın bir neçə şəhərində fəailiyyət göstərən "Parixmaxerskaya kontora" adlı gözəllik salonlarına sahibdir.[1]
2017-ci ilin noyabr ayından "Pyatnitsa!" telekanalında Regina Todorenko ilə birlikdə "Meykaperı" verilişini aparır.[2]
Vlad Lisovets Moskvaya köçdükdən az müddət sonra, 25 yaşında ikən ailə həyatı qurub. Lakin bu nikah cəmi ik il davam edib.[3]