Vladislav Slevinskiy (pol. Władysław Ślewiński; 1 iyun 1856[1][2][…] – 24 mart 1918[2][3][…], Paris[4][5][…]) — polşalı rəssam.
Vladislav Slevinskiy | |
---|---|
Doğum tarixi | 1 iyun 1856[1][2][…] |
Vəfat tarixi | 24 mart 1918[2][3][…] (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, universitet müəllimi[d] |
Təhsili | |
Stil | Pont-Aven məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
1856-cı ildə mülk sahibi olan ailədə anadan olmuşdur. Rəssam Yuzef Helmonskinin xalası oğludur. 1888-ci ildə Polşadan Tadeuş Makovskiy ilə birgə Fransaya köçdü. 1888–1890-cı illərdə Paris şəhərinin Kolarossi Akademiyasında təhsil almışdır. 1895 və 1896-cı illərdə Müstəqililər Salonunda əsərlərini nümayiş etdirdi. 1905–1910-cu illərdə Krakovda, Lvovda, Varşavada yaşayıb, o, özəl rəsm məktəblərini yaratmışdır. 1908-ci ildən 1910-cu ilə qədər Varşava İncəsənət Akademiyasında professor olmuşdur. 1910-cu ildə Fransaya qayıtmışdır.