Yuzef Marian Helmonski (pol. Józef Marian Chełmoński; 7 noyabr 1847[1][2][…] və ya 7 noyabr 1849[3] – 6 aprel 1914[1][2][…] və ya 4 aprel 1914[3]) — polşalı, realizm cərəyanının rəssamı.
Yuzef Helmonski | |
---|---|
pol. Józef Chełmoński | |
Doğum tarixi | 7 noyabr 1847[1][2][…] və ya 7 noyabr 1849[3] |
Vəfat tarixi | 6 aprel 1914[1][2][…] və ya 4 aprel 1914[3] |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuzef Marian Helmonski 1849-cu ildə Lodz yaxınlığında yerləşən Boçki kəndində anadan olmuşdur. İlk rəsm dərslərini atası tərəfindən almışdır. 1867–1872-ci illərdə Varşava İncəsənət Akademiyasında daxil olmuş daha sonra Voytsex Qersondan özəl dərslər almışdır.
1875-ci ildə Helmonski Parisə yola düşür və burada əsərlərini müvəffəqiyyətlə nümayiş etdirir. Paris şəhərində yerləşən Le Monde qəzetində bir illüstratör olaraq əməkdaşlıq edir. Bu dövrdə Helmonski 1872-ci ildə İtaliyaya səyahət edir və 1874–1875-ci illərdə Ukraynadan keçdi. 1878–1887-ci illərdə Helmonski Polşa, Vyana və Venesiyanı ziyarət edib.
1887-ci ildə rəssam Polşaya geri qayıtdıqdan sonra, Varşavada yaşadı. 1889-cu ildə o, 1914-cü ildə ölümünə qədər yaşamış Kuklovits əmlakını almışdır.
Yuzef Helmonski, xüsusən də Polşa və Ukraynanın landşaftlarını, eləcə də janr və ovçuluq səhnələrini, daha az — portretləri çəkirdi.