Voevodinada slovaklar

Voevodinada slovak festivalı

Voevodinada slovaklar[1] — böyük bir milli azlıqdır və muxtar bölgənin serb və macarlardan sonra üçüncü ən böyük etnik qrupudur. 2011-ci il siyahıyaalmasına görə Voevodinadakı slovakların sayı 50 321 nəfər və ya Voevodina əhalisinin 2,61% -i olmuşdur. Slovaklar rəsmi olaraq milli azlıq olaraq tanınıb, slovak dili Voevodinada rəsmi dildir. Onların təhsil, mədəniyyət və informasiya sahəsindəki hüquqları rəsmi olaraq qorunur. Katolik olan əksər etnik slovaklardan fərqli olaraq, Voevodina slovaklarının əksəriyyəti protestantlardır (evangelistlər).

Voevodinanın indiki slovakları 18-19-cu əsrlərdə müasir Slovakiya ərazisindən köç edənlərin nəsilləridir. Tatralardan gələn ilk məskunlar VI Karlın hakimiyyəti dövründə Baçkaya köçdülər. 1720-ci ildə Bayşa ətrafına, təxminən 1740-ci ildə Baçi-Petrovasa yerləşdilər və Mariya Tereza dövründə Bezdana yerləşdilər. Bəziləri sonradan Sremə köçür. 1760-cı ildə 120 slovak ailəsi Selençada məskunlaşdı, sonradan bir çoxu Stara Pazova köçdü.

XVII əsrin sonlarında slovaklar Qlogan, Baçka Topol, Banatska-Palanka, Novi Slankamen, Baçka-Palanka, Aradas və Eşka və Vojvodinanın digər kəndlərində məskunlaşdılar. 19-cu əsrin əvvəllərində slovaklar Kovaçis, Padina, Çoke və Banatski Dvorda məskunlaşdı. 1880-ci il siyahıyaalmasına görə slovakların sayı 43.318 nəfər idi və onlar müasir Voevodinada altıncı böyük etnik qrup idi. Birinci Dünya müharibəsinin sonuna qədər bir çox slovak macarlaşmaya məruz qaldı. 2011-ci il siyahıyaalmasına görə, slovakların sayı 52.570 nəfər olur. Onlar Voevodinanın üçüncü ən böyük etnik qrupudur.

14-cü zərbə briqadası

[redaktə | mənbəni redaktə et]

Yuqoslaviya Xalq Azadlıq Ordusunun 14-cü Voevodina zərbə briqadası, 1-ci Slovak briqadası kimi də tanınır. 11 noyabr 1944-cü ildə Voevodina slovaklarından formalaşdırılmışdır. 51-ci Voevodina Diviziyasının bir hissəsi olur. Gücü 1800 nəfər olan 3 batalyondan ibarət idi. 4-cü batalyon qurulduqdan sonra noyabr ayının ortalarında sayı 2500 nəfərə yüksəlir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Yanko Çmelik - partizan, Yuqoslaviyanın xalq qəhrəmanı.
  • Deyan Meleq - serbiyalı futbolçu
  1. "Ethnic composition of Serbia 2011". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.