Voleybol üzrə qadınlararası Afrika çempionatı — ikinci çempionat istisna olmaqla hər iki ildən bir Afrika qadın milli komandaları iştirakı ilə, son vaxtlar 6 komanda ilə Afrika Voleybol Konfederasiyası tərəfindən təşkil edilən qitə miqyaslı turnir. Turnirin ən uğurlu komandası son çempion Keniyadır. Onlar bu turnirin nə az, nə çox düz 8 dəfə qalibi olmuşlar. İlk Afrika çempionatı isə 1976-cı ildə təşkil edilmişdir. Həmin turnirin qalibi Misir yığması olmuşdur.
| ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
İdman növü | Voleybol | |||||||||
İştirakçılar | Ölkələr | |||||||||
İlk turnir | 1976-cı il | |||||||||
Region | Afrika | |||||||||
Təşkilatçı | CAVB | |||||||||
Komanda sayı | 6 | |||||||||
Son çempion | Keniya | |||||||||
Rəsmi saytı | cavb.org |
Yer | Komanda | Qızıl | Gümüş | Bürünc | Medal |
---|---|---|---|---|---|
1 | Keniya | 8 | 1 | - | 9 |
2 | Misir | 3 | 3 | 3 | 9 |
3 | Tunis | 3 | 2 | 3 | 8 |
4 | Əlcəzair | 1 | 2 | 1 | 4 |
5 | Seyşel adaları | 1 | - | - | 1 |
6 | Nigeriya | - | 4 | 2 | 6 |
7 | Kamerun | - | 2 | 5 | 7 |
8 | Mərakeş | - | 1 | 1 | 2 |
9 | Mavriki | - | 1 | - | 1 |
10 | Anqola | - | - | 1 | 1 |