Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar

«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli SnaypsCon Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu.

Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar
ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar
Janr komediya filmi
Rejissor Biban Kidron
Baş rollarda
Bəstəkar Reyçel Portman
Distribütor Universal Pictures
İlk baxış tarixi 8 sentyabr 1995[5], 10 noyabr 1995[5], 10 noyabr 1995[5], 1 dekabr 1995[5], 21 dekabr 1995[5], 11 yanvar 1996[5], 31 yanvar 1996[5], 8 fevral 1996[5], 16 fevral 1996[5], 7 mart 1996[5], 8 iyun 1996[5], 8 iyun 1996[5], 14 iyun 1996[5], 14 iyun 1996[5], 4 dekabr 1996[5], 9 may 1997[5], 1995
Filmin növü Bədii film
Müddət 109 dəq.
Büdcə 47,774,193 $[1]
Ölkə ABŞ ABŞ
Dil İngiliscə
İl 8 sentyabr 1995
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Nyu-Cersi
IMDb ID0114682

İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır. Elə bu vaxtdan onların problemləri başlayır. Hollivuda artıq təyyarə vasitəsilə getmək mümkün olmadığından, onlar işlənmiş Codillak avtomobilini kirayə alaraq, özləri üçün naməlum marşrutla Hollivuda yollanırlar. Qaranlıq düşüncə onlar azırlar və bu zaman onları şerif Dollard (Kris Penn) saxlayır. Vidanı qadın zənn edən şerif onu zorlamağa çalışır, ancaq Vida ona güc tətbiq edərək onu yerə yıxır. Şerifin öldüyünü zənn edən rəfiqələr tez-tələsik hadisə yerindən qaçırlar. Səhəri polis işçiləri huşunu itirmiş Dollardı tapırlar və onu polis məntəqəsinə gətirirlər. Şüuru bərpa olduqdan sonra, Dollard onlara bu hadisəni danışır və işçi yoldaşları onu lağa qoyur. Əsəbi halda, Dollard onlara gecə ona təcavüz edən transvestitlərin birinin yolda təsadüfən qalmış ayaqqabı tayını göstərərək, onlardan öz qisasını alacağını bildirir.

Bu zaman isə Noksima, Çi-Çi və Vidanın kiçik problemi baş verir. Onların Cadillac'ı xarab olur və onlar gecə tanımadıqları bir şosedə qalırlar. Çi-Çi rəfiqələrinə kömək edəcəyini deyərək, şose boyu qedən avtomobillərin birini saxlayır və sürücüdən onları yaxınlıqdakı yaşayış yerlərindən birinə aparmasını xahiş edir. Sürücü razı olur və onları özünün yaşadığı qəsəbəyə gətirir. Qəsəbədə Codillac'ın təmiri üçün lazımi əşyaları tapmaq çox çətindir və sakinlərdən biri rəfiqələrə bazar ertəsinə kimi gözləmələrini istəyir. Üç rəfiqə yerli sakinlərin transvestit insanlara necə münasibət bildirəcəklərindən qorxaraq, bu 3 gün ərzində özlərinin kim olduqlarını bildirməməlidirlər. Ancaq yerli camaat onlara çox isti və dostcasına münasibət göstərir, onlar tez bir zamanda dostlaşırlar. Rəfiqələri öz avtomobilində gətirən gənc oğlan Bobbi Rey Çi-Çiyə aşiq olur. Lakin problem orasındadır ki, qəsəbədə yaşayan Kerol Enn də Bobbini sevir. Çi-Çi ilk öncə Bobbiyə olan sevgisini gizlətmir və hətta onun konkurenti sayılan Kerola acıq belə vermək istəyir. Lakin Noksi və Vida onun kişi olduğunu və Bobbinin bu haqqda öyrənəcəyindən sonra onu daha sevməyəcəyini bildirirlər. Çi-Çi bir az düşündükdən sonra, rəfiqələri ilə razılaşır və "rəsmi olaraq" Kerola bildirir ki, o daha Bobbini sevmir və o azaddır.

Noksima isə qəsəbədə yaşayan qadınların cavan oğlanlar tərəfinən lağ və saymamazcasına olan rəftarlarından hiddətə gəlir və oğlanları tez-tez döyər. O həmçinin həyatdan küsmüş və heç kim ilə danışmayan qoca bir qadınla dostlaşır və onu həyata qaytarmağa, onu daha pozitiv olmağı üçün çoxlu işlər görür. Vida həyat yoldşı tərəfindən döyülən Kerol Enni qoruyur və ümumiyyətlə qadınlara bomond, moda və qlamur həyatı bəxş edir. Onlara gözəl geyinməyi öyrədir. Məhz buna görə də, qəsəbə sakinləri yeni tanış olduqları üç rəfiqəni çox sevirlər. Kerolun həyat yoldaşı Vircil bu arada, barda şerif Dollardı görür və ona hər şeyi danışır. Yeni qonaqların məhz transvestit olduqlarını anlayan Dollard qəsəbəyə gələrək, yerli sakinlərə yeni qonaqların kimliyini açıqlayır. Buna baxmayaraq, sakinlər 3 rəfiqəni polisə təslim vermirlər, onları qoruyurlar. Dollard əsəbi halda qəsəbəni tərk edir. Vida, Noksi və Çi-Çi sakinlərin onları qoruduqlarına əvvəlcə inana bilmirlər və çox sevinirlər. Onlar mərkəzi meydanda düzənlənən çiyələk festivalında iştirak edirlər və bütün sakinlərə öz təşəkkürünü bildirirlər. Onlar nəhayət ki, təmir edilmiş Codillac'ına minərək qəsəbəni tərk edirlər.

Hollivuda gələn üç rəfiqə orada düzənlənən yeni bir yarışmada iştirak edirlər və burada Çi-Çi qalib gəlir. Onun tacını isə rəfiqələrin ən sevdiyi qadın — Culi Nyumar şəxsən təqdim edir.

  1. "Body Beautiful" — Salt-N-Pepa
  2. "Free Yourself — Chaka Khan
  3. "Turn It Out" — Labelle
  4. "Who Taught You How" — Kristal Uoters
  5. "She's a Lady" — Tom Jones
  6. "Brick House" — The Commodores
  7. "Nobody's Body" — Monifah
  8. "Do What You Wanna Do" — Çeriss Arrinqton
  9. "Hey Now (Girls Just Want to Have Fun)" — Sindi Lauper
  1. "Over the Rainbow" — Petti LaBell
  2. "To Wong Foo Suite" — Reyçel Portman
  1. "Gotta Move" — Barbra Streyzand
  2. "1812 Overture" — Pyotr Çaykovski
  3. "Zampa Overture" — Ferdinand Herold
  4. "China Girl" — Robert J. Walsh
  5. "Theme from Wonder Woman"
  6. "That Lady You're with Ain't No Lady" — Larry Applewhite/Gene Wisniewski
  7. "Stand by Your Man" — Devid Allan Ko
  8. "This Is a Man's World" — Sara Hickman
  9. "Behind Closed Doors" — Çarli Riç
  10. "Hold Me, Thrill Me, Kiss Me" — Conni Matis
  11. "Another Somebody Done Somebody Wrong Song" — B. J. Thomas

Mükafat və Nominasiyalar

[redaktə | mənbəni redaktə et]

Qızıl Qlobus 1996

  • Ən yaxşı kişi rolu (komediya və ya myuzikl) Patrik Sueyzi (nominasiya)
  • İkinci plan üzrə ən yaxşı kişi rolu Con Legizamo (nominasiya)
  1. "Arxivlənmiş surət". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
  2. 1 2 3 4 5 6 http://www.imdb.com/title/tt0114682/fullcredits.
  3. 1 2 3 http://www.fotogramas.es/Peliculas/A-Wong-Foo-gracias-por-todo-Julie-Newmar.
  4. http://www.adorocinema.com/filmes/filme-13598/.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 IMDb (ing.). 1990.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]