Vorner teatrı

Vorner teatrı (ing. Warner Theatre) — ABŞ-nin Pensilvaniya ştatında, Eri şəhərinin işgüzar hissəsində yerləşən fransız intibahı və Ar-deko memarlığında teatr binası. 1982-ci ildə teatr binası ABŞ-nin "Tarixi abidələrin milli qeydiyyatı" siyahısına salınmışdır. Teatr binası ABŞ-nin Çikaqo şəhərinin "Rapp and Rapp" adlı memarlıq şirkəti tərəfindən dizayn olunmuş və 1931-ci ildə açılmışdır. 1976-cı ildə Eri şəhərinə satılana qədər buradan ancaq film nümayişləri üçün istifadə olunmuşdur. 1980-ci illərdə şəhərin işgüzar hissəsini canlandırmaq, binanı incəsənət mərkəzi etmək məqsədi ilə bura teatr binasına çevrilmişdir.

Vorner teatrı
Xəritə
Ümumi məlumatlar
Əsası qoyulub 1930
Teatr binası
Tutumu 2,250
Heyət
Direktor Erie County Konqres Mərkəzi İdarəsi
Yerləşməsi
42°07′37″ şm. e. 80°04′59″ q. u.
Ölkə
Yerləşir Eri
Ünvan 811 State Street, Erie, PA 16501
Vorner teatrı xəritədə
Vorner teatrı
Vorner teatrı
eriewarnertheatre.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teatrın prostsеniumunun ölçüsü 65x28 futdur və büzülmüş velür, qızıl və gümüş təbəqə, qızıl dəstəkli fransız güzgülərlə tamamlanır. Hazırda teatrda konsertlər və Brodvey teatrının çıxışları baş tutur. Vorner teatrı həm də Eri filarmonik orkestrına və "Lake Erie Ballet"-ə ev sahibliyi edir. Teatrın qrand lobbisi 500 nəfərdən çox şəxsi qəbul edə bilər.

Binanın tikilməsi haqqında tapşırığı 1929-cu ildə Warner Bros. şirkəti vermişdir.[2] Binanın açılışı 1931-ci ilin 10 aprelində baş tutmuş və açılışda "Milyonçu" filmi göstərilmişdir.

Bərpaolunma layihəsi

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Vorner teatrı yerli Eri Bölgə İncəsənət Fondunun qolu olan Metro Mədəni Planlaşdırma Komitəsinin ən əhəmiyyətli yerinə çevrilmişdi. Teatrın bərpası üçün maliyyə vəsaiti axtarılan zaman 1993-cü ildə Eri qraflığı bu layihə üçün pul ayırmışdır. Pensilvaniya ştatı isə bu layihə üçün 7 milyon $ ayırmış, 1997-ci ilin dekabrında pul vəsaitləri buraxılmışdır. 1994-cü ildə 3.3 milyon $ dolları toplamaq Vorner Teatrı Qoruma Qurumu[3] yaradılmış və qurum məqsədinə 1998-ci ilin yanvarında çatmışdır.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. "Warner Theatre". 6 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 February 2012.
  3. "Erie County Convention Center Authority website". 2009-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]