Voroşilovski rayonu (rus. Ворошиловский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1985-ci ilin 28 avqustda təsis edilmiş rayon.
Rayon | |
Voroşilovski | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 avqust 1985 |
Sahəsi | 38 km² |
Əhalisi | |
Əhalisi | 217 818[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 863 |
Rəsmi sayt | |
Rayon təşkil edilərkən Oktyabrski, Proletarski və Pervomayski rayonu rayonlarından alınan torpaqlardan təşkil edilmişdir. Yeni rayonun cənub sərhədi Nansen küçəsi, qərbdən Poqodin, şimaldan isə "Aksay" kolxozu, Rostov vilayəti bəndi və Temernis kanalı ilə sərhədlənir.
Rayona daxil olan ərazilərin böyük əksəriyyəti Oktyabrski rayonundan alınmışdır. Bu zaman ərazi təqribən 120 min əhali üçün nəzərdə tutulurdu.
Pervomaysk rayonundan cəmi bir necə tikili, üstəlik Lenin küçəsində yerləşən 3 nömrəli məktəb belə rayon ərazisinə daxil edilmişdir. Şimal yaşayış massivi təqribən 70-ci illərdə salınmağa başlanılmışdır. Artıq 80-ci illərdə tikinti bumu özünün gur dönəmini yaşayırdı. Bu illərdə təkcə yaşayış binaları deyil həm də yol, xəstəxana, məktəb və uşaq bağçaları inşa edilmişdir.
Bu gün Voroşilov rayonu demək olar ki, Rostov-na-Donu şəhərinin demək olar ki beşdə bir və ərazisinin 38 km² təşkil edir. Burada 4 milyon m² təşkil edilir. Nurada hazırda 625 kiçik şirkət və 80 iri şirkət fəaliyyət göstərir.
Voroşilov ərazisində üç hərbi kompleks, 4 idman məktəbi, bir Uşaq incəsənət məktəbi və iki regional əhəmiyyətli mədəni irs obyekt yerləşir. Rayon ərazisində 43 məktəbə qədər müəssisə və 500 dairə, seksiya formalaşmışdır. Ərazisində Şimal bazarı, Komarova bulvarı, Dostluq parkı yerləşir.