Neqreyev Vsevolod Fyodoroviç (22 iyun 1903, Ukrayna, Kerç - 1967) — kimya elmləri doktoru (1951), professor (1953), AMEA-nın müxbir üzvü (1959), Lenin mükafatı laureatı.[1]
Vsevolod Neqreyev | |
---|---|
Neqreyev Vsevolod Fyodoroviç | |
Doğum tarixi | |
Doğum yeri | Ukrayna, Kerç |
Vəfat tarixi | |
Dəfn yeri | Fəxri xiyaban |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1951) |
Elmi adı | professor (1953) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Üzvlüyü | AMEA (1959) |
Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olub. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb.[1]
Vsevolod Neqreyev 1930-1959-cu illərdə Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda laboratoriya müdiri, 1959-1960-cı illərdə "Dənizneft" Dövlət Layihə İnstitutunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib.[1][2]
Vsevolod Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. Alim dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. Onun təklifi ilə hazırda dəniz neft-mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur. Alimin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mühafizə üsulu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilmişdir.[1]
Vsevolod Neqreyevin 1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını alıb. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. V. Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mühafizə üsulu 1960–1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilib.[1][3].
Vsevolod Neqreyevin 250 elmi əsəri mövcuddur. Onlardan bəziləri :"Коррозия оборудования нефтяных промыслов", "Защита от коррозии морских нефтепромысловых сооружений", "Борьба с коррозией промыслового оборудования", "Neft sənayesində korroziya ilə mübarizədə inqibitorların tətbiqi".[1]
30[1]
20[1]
Vsevolod Neqreyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 50 fəlsəfə doktoru yetişdirilib.[1]
Neqreyev bir sıra müəlliflərlə birgə "Metal və neft-mədən avadanlığının korroziyadan mühafizəsi" işinə görə Lenin mükafatına layiq görülüb.[4] Azərbaycan SSR-nin "Əməkdar Elm və Texnika Xadimi " adını alıb, "Lenin", "Qıırmızi Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.[1]
Vsevolod Neqreyev 1967-ci ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib.[5]