Vsevolod armudu

Vsevolod armudu (lat. Pyrus vsevolodii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: VU D1.

Vsevolod armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Pyrus vsevolodii

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür. Yetişmiş meyvələri tutqun, göyümtül rəngdə olur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Aprel–may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Tozlanması entomofildir. Quraqlığa davamlıdır, əhəngli torpaqlarda yaxşı bitir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsində (Şabran rayonu, Taxtalar kəndi və Xızı rayonu, Altıağac kəndi) yayılmışdır.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Ehtiyatı azdır. Tək-tək və qrupla rast gəlinir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir. Mal-qara otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Altıağac Milli Parkında mühafizə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]