Vukan Nemaniç

Vukan Nemaniç (serb. Вукан Немањић; təq. 1165, Raşka dövlətitəq. 1207) — 1196-cı ildən Duklya və Dalmatsiya kralı; 1202-2104-cü illərdə Raşkanın (Serbiyanın) böyük jupanı; 1204-1208-ci illərdə Zeta knyazı. Nemaniçlər sülaləsinə mənsub idi.

Vukan Nemaniç
I Vukanın freskası, Vısoki Deçani monastırı
I Vukanın freskası, Vısoki Deçani monastırı
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1165
Doğum yeri
Vəfat tarixi təq. 1207
Fəaliyyəti siyasətçi
Atası Stefan Nemaniç
Anası Anna Nemaniç
Ailəsi Nemaniçlər
Dini Serb Pravoslav Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vukan Raşkanın böyük jupanı (hökmdarının) Stefan Nemanyanın oğlu idi, 1195-ci ildə ata Vukanı Duklyanın jupanı təyin etdi. Vukanın sahib olduğu ərazilərə Zeta, Travuniya, Toplitsa və Hvsno daxil idi.

1199-cu ildən sonra Vukan Roma papası və Macarıstan krallığı ilə siyasi əlaqələr qurmağa başladı. Vukan danışıqlarını Antivariya arxiyepiskopu I İvanın vasitəsilə həyata keçirirdi. Onun məqsədi Papadan Serbiya üzərində hüququ əldə etmək idi. Bunun qarşılığında Vukan Serbiya knyazlığını Romaya tabe edəcəyinə söz verdi.

Eyni zamanda, Vukan Macarıstan kralı İmre ilə ondan dəstək alacağına dair razılıq əldə etdi. İmre, öz növbəsində, Serbiyanın bütün ərazisi üzərində protektorat qurmağı ümid edirdi. 1202-ci ildə Vukan hərəkətə keçdi. Macarıstan ordusunun köməyi ilə qardaşı II Stefanı taxtdan qovmağı bacardı. Lakin tezliklə Bolqarıstan çarı Kaloyan Macaristanın müdaxiləsinə qarşı çıxdı. 1203-cü ildə o, Niş şəhəri yaxınlığında Vukanın ordusunu məğlub etdi. Bu vəziyyətdən yararlanan II Stefan böyük jupaniya üzərində hakimiyyətini bərpa etdi. Stefan və Vukanın kiçik qardaşı Savva (Rastko) qardaşlar arasında barışdırıcı rolu öz üzərinə götürdü. Nəticədə Vukan ölkənin cənubunda yerləşən Zeta knyazı oldu.

  • Georges Castellan. Histoire des Balkans, XIVe-XXe siècle, éditions Fayard. — ISBN 2-213-60526-2.