Vulkan buludu (Piroklastik axın) – vulkan püskürən zaman əmələ gələn yüksək temperaturlu vulkan qazlarının, kül, toz və qaya qalıqlarının qarışığıdır. Axının sürəti bəzən saatda 700 km-ə, qazın temperaturu isə 100-800 °C-ə çata bilir. Peleian (Montan-Pele adından) və Plinian püskürmə növləri üçün xarakterikdir.