Vulkan gölü

Vulkan gölü — sönmüş vulkan kraterində, soyumuş lavaların çökəkliklərində yerləşən göl. Cənubi Qafqazda,Kamçatkada, İslandiyada, İtaliyada, Yaponiyada yayılmışdır.[1]

Qobustan vulkan gölü.

Azərbaycanda vulkanlar

[redaktə | mənbəni redaktə et]
Qobustan palçıq gölü

Azərbaycan təbii ehtiyatlarvulkanlar ölkəsdir. Azərbaycanın ərazisi palçıq vulkanlarının geniş intişar tapdığı unikal regiondur. Planetimizdə mövcud olan 850 — yə yaxın palçıq vulkanlarının 300-dən çoxu başlıca olaraq Şərqi Azərbaycan ərazisində — Abşeron yarımadasında, ŞamaxıQobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı arxipelağında yerləşir. Həm say etibarilə, həm də bəzi xüsusiyyətlərinə (onların çoxçeşidli olması və əksəriyyətinin aktiv fəaliyyət göstərməsi) görə Azərbaycanın palçıq vulkanları digər ölkələrinkindən fərqlənir və forma müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif morfologiyalı (konusvari, günbəzvari, laylavari) vulkanlar mövcuddur. Yerüstü (kontinental), aktiv fəaliyyətdə olan, sönmüş, 150—250 ildən artıq fəaliyyətdə olmayan gömülmüş (qazıntı), dəniz (sualtı, ada) və çox sayda neft çıxaran vulkanlar qeydə alınmışdır. Gömülmüş vulkanlar qazılan quyularla açılmış, aerokosmik şəkillərin deşifrə üsulu ilə aşkar edilmişdir. Morfoloji cəhətdən palçıq vulkanlarının nisbi hündürlüyü 10 m—dən 400 m—dək kəsik konus şəklində olub və xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Vulkanın təpəsi krater bəndinə uyğun gəlir. Kraterin diametri 15–500 m, əsası isə 150–3000 m və daha artıq olur.

Palçıq vulkanlar

[redaktə | mənbəni redaktə et]
Qobustan vulkan palçıq

Quruda 190 palçıq vulkanı və vulkan təzahürləri vardır. Ən böyükləri Abşerondadır — Otmanbozdağ, Bozdağ—Güzdək, Qobustanda — Torağay, Böyük Kənizədağ (onların hündürlüyü 400 metrə çatır), Mədrəsə, Qırlıq, Axtarma — Paşalı, Şorbulaq, Ayrantökən və s. Cənubi Xəzərdə 200-dən artıq sualtı palçıq vulkanı vardır. Onların 120-si Xəzərin Azərbaycan sektorundadır. Bakı arxipelağında vulkan mənşəli 8 ada (Xərə—Zirə, Zənbil, Qarasu, Səngi—Muğan, Gil və s.) vardır. Şəkillərdə (şəkil 1—6) məşhur vulkanlardan bir neçəsinin görünüşü verilmişdir.

Palçıq vulkanizmi ilə seysmikliyin, zəlzələlərin arasında sıx əlaqə vardır. Güclü zəlzələlər də (5—6 bal və artıq) palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsinə, püskürməsinə səbəb olur. BozdağQobu vulkanı Qobu kəndindən 3 ;km şimal, şimal-şərqdə, Bakı şəhərindən 15;km şimal—qərbdə yerləşir. Qərbi Abşeronun ən böyük və fəal vulkanlarından biridir. İki hissədən ibarət olan bu vulkanın biri Qobu dağında, digəri isə ondan 800–1000 m şərqdə yerləşir. Vulkanın 100-dən çox qrifonu və salzı, 5 böyük sönmüş sopkaları vardır. Vulkan brekçiyalarının yayıldığı sahə 437 ha, sopka örtüyünün ümumi qalınlığı 80 m, vulkan tullantılarının ümumi həcmi 349,6 mln m³-dir. İlk püskürməsi 1827-ci ildə qeydə alınmışdır. 1885, 1894, 1902, 1952, 1964, 1966, 1968, 2002-ci illərdə püskürmələr baş vermişdir. Bu püskürmələrin bir qismi güclü Şamaxı zəlzələləri ilə bağlı olmuşdur (məsələn, 1902-ci il).

Palçıq vulkanların müalicəsi

[redaktə | mənbəni redaktə et]

Vulkan palçığının qiymətli müalicəvi əhəmiyyəti vardır.Periferik və mərkəzi əsəb sistemi, mədə — bağırsaq, oynaq, dəri xəstəlikləri, radikulit, ginekoloji, uroloji xəstəliklərin müalicəsində və kosmetologiya sahəsində vulkan palçığından geniş istifadə olunur.[2]

  1. Geomorfoloji terminlərin izahlı lüğəti Bakı "Elm" 2012 306
  2. http://www.fhn.gov.az/?aze/menu/29/7Bunları bilmək vacibdir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]