Vulkan zonaları (rus. вулканические зоны, ing. volcanic zones) — müasir vulkanizmin təzahür etdiyi vilayətlər. V. z. Alp qırışıqlıq vilayətlərinə və yer qabığının yeni tektonik pozulmalarına uyğun gəlir. V. z. biri Sakit okean sahili boyu uzanaraq C. və Şm. Amerikadan, Aleut adalarından, Kamçatkadan, Kuril adalarından, Yapon adalarından, İndoneziya arxipelaqından və Yeni Zelandiyadan keçərək Sakit okean vulkan həlqəsini əmələ gətirir; ikinci V. z. – Aralıq dənizi hövzəsinə müvafiqdir.[1]