Vyana Şəhər Operası

Vyana Dövlət Operası (alm. Wiener Staatsoper‎), 1918-ci ilə kimi Vyana Saray Operası, 27 sentyabr 1938-ci ildən Vyana Dövlət Operası — Avstiyada ən böyük opera binası. 1861-ci ildə Vyana Şəhərsalma Fondunun sifarişi ilə memarlar alm. August Sicard von Sicardsburg‎, alm. Eduard van der Nüll‎ tərəfindən inşaasına başlanılaraq, 25 may 1869-cu ildə bitirilmişdir. Açılış günü səhnəsində Volfqanq Amadey MotsartınDon Juan” operası oynanılmışdır.

Vyana Dövlət Operası
alm. Wiener Staatsoper
Xəritə
48°12′12″ şm. e. 16°22′09″ ş. u.
Ölkə  Avstriya
Şəhər Vyana
Yerləşir Qədim Şəhər[1][2]
Memar alm. August Sicard von Sicardsburg
alm. Eduard van der Nüll
Sifarişçi Vyana Şəhərsalma Fondu
Tikilmə tarixi 1861-1869
Üslubu Neointibah memarlığı
Rəsmi sayt wiener-staatsoper.at
İstinad nöm.24428
Vyana Dövlət Operası (Avstriya)
Vyana Dövlət Operası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 may31 may 1945-ci illərdə opera alm. Opernhaus der Stadt Wien – Wiener Staatsopernensemble‎ — “Vyana Şəhər Operası – Dövlət Opera Ansambılı” adlandırılmışdır.

Mədəniyyət ocağı kimi Vyana Dövlət Operası Habsburqlar tərəfindən təsis edilmiş Vyana Saray Operasının xələfi sayılır. Saray operası kimi fəaliyyətə başladığı gündən teatr Avropanın aparıcı operalarından sayılmaqdadır.

1938-1945-ci illlərdə Avstriya istilada olarkən teatr özünün ağır günlərini yaşamış olur. Belə ki, 1945-ci ildə Vyana bombardman edilərkən opera binası dağılır. Binanın yenidən bərpası 1955-ci ildə mümkün olmuşdur. Elə həmin ildən başlayaraq Vyana Dövlət Operasında ənənəvi Vyana balı keçirilməyə başlanılmışdır.

  • Franz von Dingelştedt (1867–1870)
  • Yohann von Herbek (1870–1875)
  • Franz von Yauner (1875–1880)
  • Vilhelm Yahn (1881–1897)
  • Qustav Mahler (1897–1907)
  • Feliks Veinqartner (first term, 1908–1911)
  • Hans Qreqor (1911–1918)
  • Rixard Ştraus / Franz Şalk (1919–1924)
  • Frans Şalk (1924–1929)
  • Klemens Kraus (1929–1934)
  • Feliks von Veinqartner (II dəfə, 1935–1936)
  • Erwin Kerber (1936–1940)
  • Heynrix Karl Ştrom]] (1940–1941)
  • Lotar Mütel (1941–1942)
  • Karl Böhm (I dəfə, 1943–1945)
  • Frans Salmhofer (1945–1954)
  • Karl Böhm (II dəfə, 1954–1956)
  • Herbert fon Karayan (1956–1964) (artistik direktor)
  • Eqon Hilbert (1964–1968)
  • Heynrich Reif-Gintl (1968–1972)
  • Rudolf Qamsjeqer (1972–1976)
  • Eqon Zeefelner (first term, 1976–1982)
  • Lorin Maazel (1982–1984)
  • Eqon Zeefehlner (I dəfə, 1984–1986)
  • Klaus Helmut Dreze (1986–1991); musiqi direktor: Klaudio Abbado
  • Eberhard Vexter (1991–1992)
  • İoan Holender (1992–2010); musiqi direktor: Seiyi Osava (2002–2010)
  • Dominik Mayer; (2010) musiqi direktor: Frans Velzer-Möst (2010)