Vyana qazometrləri — 1896-cı ildə Vyananın Simmering rayonunda tikilmiş qazometr binalarıdır.
Dörd oxşar strukturdan ibarət olan Vyana qazometrləri ölçülərinə və uzaqdan görünməsinə görə Simmerlinqin simvoludurlar. 1970-1978-ci illərdə Vyana qaz ehtiyacını təbii qazdan qarşılamağa başlayanda tərk edilmiş qazometrlər, 1999-cu ildən 2001-ci ilə qədər davam edən kompleks tikinti layihəsi ilə əyləncə mərkəzi, yaşayış kompleksi, tələbə yataqxanası və təşkilat-tərtib salonuna çevrilmişdir. Yenidən qurulma ilə Vyana qazometrləri dünyanın hər yerindən turistlərin və memarlıq mütəxəssislərinin ziyarət etdiyi bir turistik məkana çevrilmişdir. Klassik dizaynı ilə qazometrlər tarixi abidə kimi mühafizə olunurlar.
Bu, hər birinin həcmi 90.000 m³ olan, xarici fasadı kərpiclə örtülmüş olan 4 silindr teleskop formasında qaz çənidir. Qazometrin hündürlüyü yol səviyyəsindən ən son nöqtəsinə qədər 70 metr, diametri isə təxminən 60 metrdir. Onların fasadları qırmızı kirəmitlərlə örtülmüşdür.
1984-cü ildə qaz anbarı funksiyasını itirdikdən sonra, binalar 1995-ci ilə qədər şəhərin mərkəzində fəaliyyətsiz qalmışdırlar. Konstruktorların qazometrlərin transformasiyası üçün təqdim etdiyi layihələr arasından seçilənlər 1999-2001-ci illər arasında həyata keçirilmişdir.
Hər bir blokun üst mərtəbəsində yaşayış yerləri, mərkəzində iş yerləri, aşağısında isə alış-veriş yerləri daxil olmaqla layihələr hazırlanmışdır; alış-veriş mərtəbələri bir-biri ilə strukturlararası körpülərlə bağlıdır.
Yenidən işlənmə layihəsi fransız memar Jan Nouvel tərəfindən hazırlanmışdır. Əsas giriş qapısı bu blokdadır.
Onun yenidən funksionallaşdırılmış variantı memarlar Wolf D. Prix və Helmut Swiczinsky tərəfindən həyata keçirilmişdir. Ümumi istifadə sahəsi 5.850 m²-dir. Bu binada 1400 m² sahəyə malik 4200 nəfərlik iclas zalı və 199 ədəd bir nəfərlik və 24 ədəd iki nəfərlik otaqları olan tələbə yataqxanası yerləşir.
92 rezidensiyadan ibarət, bol yaşıllıq sahəsi olan bu blok memar Manfred Wehdorn tərəfindən dizayn edilmiş və indiki formasını almışdır.
Memar Vilhelm Holzbauer tərəfindən tikilən əlavə binada 119 mənzilin digər bloklarda olduğu kimi bir-birini görməməsinə xüsusi diqqət yetirilmişdir.