Vyanada terakt (2020)

Vyanada terakt — 2 noyabr 2020-ci il tarixdə, Avstriyanın paytaxtı Vyana şəhərində altı fərqli yerdə çoxsaylı silahlı şəxslərin iştirakı ilə davam edən bir sıra terror hadisələri.[1] Terakt nəticəsində terrorçulardan biri də daxil olmaqla[2] bir neçə nəfər həlak olmuş,[3] biri polis məmuru olmaqla bir neçə şəxsin yaralandığı bildirilmişdir.[4] Bu, 2015-ci ilin noyabr ayında Paris şəhərinə edilən hücumlardan sonra Avropada ilk koordinasiyalı silahlı hücum idi.

Vyanada terakt
Birinci hücumun baş verdiyi Stadttempel sinaqoqu. 2006-cı il.
Birinci hücumun baş verdiyi Stadttempel sinaqoqu. 2006-cı il.
Ümumi məlumatlar
48°12′42″ şm. e. 16°22′36″ ş. u.HGYO
Yeri Vyana,  Avstriya
Tarix
  • 2 noyabr 2020 (2020-11-02)
  • 20:00
Hücum metodu atışmalar
Silah(lar) müxtəlif
Ölü sayı çoxlu
Yaralı sayı 15+
Terrorist sayı 6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hücumlar yerli vaxtla saat 20:00 radələrində, Avstriyanın paytaxtı Vyana şəhərindəki Şvedenplatsda silahlı bir adamın vətəndaşlara atəş açması ilə başladı. Terror hücumu bazar ertəsi günü Avstriyada yerli vaxtla gecə yarısından 06:00-a qədər komendant saatı daxil olmaqla yeni COVID-19 məhdudiyyətləri qüvvəyə mindiyi üçün ölkə daxilində karantin rejiminin gecə yarısı başlamasından bir neçə saat əvvəl gerçəkləşdi. Bu, hazırda Avropada COVID-19 infeksiyasının yayılmasına mane olmaq üçün tətbiq olunan bir neçə məhduriyyətdən biridir. Daha sonra bir neçə dəfə atəş açıldı.[5] Qaçan digər terrorçular barədə məlumatlar qeyd olunur.[6] Atışmada bir terrorçu da daxil olmaqla ən azı səkkiz nəfər öldü.[7] Yerli "Kurier" qəzeti bir terrorçunun Vyananın mərkəzindəki yəhudi məhəlləsindəki kafe və barların kənarında oturan insanlara təsadüfi formada atəş etdiyini bildirir.[5] Polis insidentlərin altı fərqli yerdə olduğunu təsdiqləyib.[8]

İlkin məlumatlara görə, yaxınlıqdakı Stadttempel sinaqoqunun hücum hədəfi ola biləcəyi göstərilirdi. Vyana Yəhudi Cəmiyyətinin başçısı Oskar Doçun dediklərinə görə, sinaqoq atışma baş vermədən əvvəl bağlanmışdı.[5] Sinaqoqun kənarında bir mühafizəçi ağır yaralanıb.[9]

Hücumdan dərhal sonra Vyana şəhərində böyük bir polis dəstəsi əməliyyata başlamış[10] və hadisə yerlərinə gəlməyi mümkün olan bütün qüvvələr cəlb olunmuşdur.[11] Polis əhalidən ərazinin açıq hissələrindən və ictimai nəqliyyatdan istifadədən çəkinmələri xahiş etmişdir.[12] Avstriya Silahlı Qüvvələri Vyana şəhərindəki binaların təhlükəsizliyini təmin etmək üçün yola salınmışdır.[13]

Yaxınlıqdakı Çexiya sərhədində gücləndirilmiş yoxlamalara start verilmişdir.[14]

Bir mülki şəxsin ölümü təsdiqlənmişdir, lakin daha bir neçə nəfərin öldüyü bildirilir.[3][2][4] Sinaqoqun kənarında ağır yaralanan polis də daxil olmaqla ən az 15 nəfər yaralanmışdır.[15]

Məlumata görə, terror hücumu iki nəfər tərəfindən həyata keçirilmişdir. Onlardan biri öldürülmüş, digəri isə qaçmışdır. Bununla birlikdə, şəhərdə daha çox hücumun törədildiyi bildirilir və hücumların sayı daha da çox ola bilər.[2]

Avstriya Daxili İşlər Naziri Karl Nehammer səlahiyyətlilərin bunun açıq bir terror hücumu olduğuna inandığını söyləmişdir. Avstriya kansleri Sebastian Kurs hadisələri "iyrənc bir terror hücumu" adlandırmışdır.[14]

  1. Staff, Reuters. "Vienna shooting believed to be terror attack - interior minister". 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020 – www.reuters.com vasitəsilə.
  2. 1 2 3 "Austria: Several people injured in Vienna shooting". Al Jazeera (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  3. 1 2 "7 reported dead in Vienna attack also said to have targeted synagogue". Times of Israel (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  4. 1 2 "Several Injured in Vienna as Reports Emerge of Attack on Synagogue". Haaretz (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  5. 1 2 3 Oltermann, Philip. "Man killed and several people injured in terror attack in Vienna". the Guardian (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  6. "Terrorangriff in Wien: Täter zündete Sprengsatz". Kronen Zeitung (alman). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  7. "Hostage situation reported in Vienna's Akakiko restaurant". Teletrader (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  8. "1 killed, several injured in Vienna attack, police say". Associated Press. 2 November 2020. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020 – CBS7 vasitəsilə.
  9. Associated Press. "Several reportedly injured, fatalities possible in Vienna attack". Los Angeles Times. 2 November 2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  10. "Large police deployment in Vienna, paper reports attack on synagogue". Reuters (ingilis). 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  11. Cullen, Simon; Mackintosh, Eliza. "Police launch major operation in Vienna after shots fired". CNN (ingilis). 2 November 2020. 3 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  12. "Police operation at Vienna synagogue after shots fired". ABC News. 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  13. "Terror in Wien: Zahlreiche Verletzte und angeblich sieben Tote". Kurier (alman). 2020-11-02. 2020-11-02 tarixində arxivləşdirilib.
  14. 1 2 "Casualties in Vienna 'terrorist' shooting". BBC News. 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2020.
  15. Schuetze, Christopher F.; Eddy, Melissa; Bennhold, Katrin; Koettl, Christoph. "Vienna Shooting Live Updates: City Center in Chaos After Gunmen Open Fire". The New York Times. 2 November 2020. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2020.