Vyetnamın bölünməsi

1954-cü ildə Vyetnamın bölünməsini və iki dövləti ayıran demilitarizasiya zonasını göstərən xəritə.

Vyetnamın bölünməsi — 1954-cü ildə Hind-Çin müharibəsiVyetnamı iki yerə bölən Cenevrə razılaşmalarından sonra həyata keçirilmiş proses. Şimalda Vyetnam Demokratik Respublikası ("Şimali Vyetnam" kimi tanınır, SSRİ-nin təsiri altında olan kommunist rejimi) və cənubda Vyetnam Respublikası ("Cənubi Vyetnam" kimi tanınır, ABŞ-nin təsiri altında antikommunist rejim).

Sərhəd 17° şimal enliyi üzrə keçirdi. Bölünmə Soyuq müharibənin əsas məqamlarından birini təmsil edir. Üstəlik, ABŞ və Vyetnam Dövləti Cenevrə Konfransının yekun bəyannaməsini imzalamamışdılar.

Atəşkəs müqavilələrinə riayət edilməməsi, getdikcə artan diktator gücü və ABŞ-nin himayəsi altında antikommunist müdafiə paktı olan Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatının (SEATO) yaradılması vəziyyəti gərginləşdirmişdir. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmış və Vyetnam müharibəsinə səbəb olmuşdur. Müharibə 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin qələbəsi ilə başa çatmışdır. Vyetnam 1976-cı ildə ümumxalq seçkiləri ilə yenidən birləşdirilmişdir.[1][2]

  1. "Arxivlənmiş surət". 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. "Arxivlənmiş surət". 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]