Walter Owen Bentley

[mənbə göstərin]

Volter Ouen Bentli
Doğum tarixi 16 sentyabr 1888(1888-09-16)
Doğum yeri
Vəfat tarixi 13 avqust 1971(1971-08-13) (82 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti sahibkar, ixtiraçı, avtomobil mühəndisi[d], mühəndis, yarış avtomobili pilotu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volter Ouen Bentli (ing. Walter Owen Bentley) — ingilis konstruktoru və Bentley Motor şirkətinin təsisçisi.

Volter Bentli 16 sentyabr 1888-ci ildə Londonda anadan olub. Ailədə ondan başqa daha 8 nəfər olub. Bentli ilk əmək fəaliyyətinə dəmir yolunda başlayıb.Əvvəlcə Şimali Britaniya dəmir yolunun deposunda usta şagirdi, daha sonra "Atlantik" parovozunda ocaqçı işləyib. Amma tezliklə motosiklet yürüşlərinə həvəs göstərməyə başlayıb, sonra Londonda fransız avtomobillərinin satışı ilə məşğul olub.

Klifton kollecini bitirdikdən sonra Volter mühəndis dərəcəsi alıb və aviasiya mühərriklərinin layihələşdirilməsində iştirak edib. Amma onun həvəsi avtomobil sahəsinə, daha dəqiq desək, avtomobil yürüşlərinə idi. O hətta bir neçə avtomobil yürüşlərində iştirak etmişdi. Məhz həmin dövrdə yaxşı hərəkət keyfiyyətlərinə malik avtomobil yaratmaq ideyası onun ağlına gəlib, elə bir avtomobil ki, bahalı avtomobillərə xas olan etibarlılıq və uzunömürlülük keyfiyyətini özündə birləşdirsin.

Bu məqsədlə o, öz yürüş avtomobilini təkmilləşdirdi. 1914-cü ildə avtomobil mühərrikinə alüminium xəlitəsindən hazırlanmış porşen quraşdırdı ki, bu da olduqca uğurlu bir texniki həll idi. Bunu əvvəlcə Bruklend yürüşlərindəki qələbələr, sonra isə "Aston Klinton" təpəsinə qalxmaq üzrə yarışlardakı uğurlar sübut etdi.

Birinci dünya müharibəsi illərində Bentli hərbi-dəniz aviasiyasında xidmət etdi. Orada o, təyyarə mühərriklərinin hazırlanması və modernləşdirilməsi ilə məşğul olurdu. O, alüminium xəlitəsindən hazırlanmış porşendən istifadə üzrə ixtirasını aviasiya mühərriklərinin hazırlanması sahəsində də tətbiq etdi. Bu, ona şöhrət və maddi rifah gətirdi.

1918-ci ildə Bentli avtomobil sahəsinə qayıtdı, növbəti ilin payızında isə "Bentli Motor" şirkətini təsis etdi. Amma qəflətən başlayan iqtisadi böhran şirkəti maliyyə cəhətdən çətin vəziyyətə saldı.Sənaye böhranı ucbatından Bentli 1931-ci ildə şirkətin müflisləşdiyini elan etməyə məcbur oldu. Zavodu ilə yanaşı, Bentli həm də bütün əmlakını, o cümlədən özünün Bentli avtomobilini itirdi. Onun borclarını "Rolls-Roys" firması ödədi. Bu firma Bentli şirkətinin sabiq konstruktorunu yeni modellərin nümayişçisi qismində işə götürdü.

1935-ci ildə Bentli Laqonda firmasına keçdi və orada 12 silindrli mühərriklə təchiz olunmuş güclü Laqonda Bentli avtomobili hazırladı.Bu avtomobil 30-cu illərin ən məşhur avtomobillərindən birinə çevrildi.

Bentli 1971-ci il avqustun 3-də dünyasını dəyişdi.