WarioWare, Inc.: Mega Microgames!

WarioWare, Inc.: Mega Microgames! - Nintendo şirkəti tərəfindən hazırlanmış, Game Boy Advance oyun konsolu üçün nəzərdə tutulmuş, kiçik oyunlardan ibarət videooyunudur. WarioWare oyununda əsas məqsəd, "mikrooyunların", oyunçuya ardıcıl olaraq və hər tamamlanan oyun üçün artan sürətlə verilən qısa mini oyunların sürətli şəkildə tamamlanmasından bəhs edir. Oyunun konsepti Nintendo 64DD üçün olan Mario Artist: Polygon Studio- nun "Sound Bomber" rejimindən ilhamlanmışdır. Musiqi və səs effektləri (Vario-nun səs klipləri daxil olmaqla) Wario Land 4 -dən götürülmüşdür. Oyunun prodüseri Takehiro İzuşi və rejissoru Hirofumi Matsuoka idi. Mega Microgames! 2003-cü ildə fərqli ölkələrdə çıxmışdır; Yaponiyada martda, Şimali Amerika və Avropada mayda, Avstraliyada isə iyunda.

WarioWare, Inc.: Mega Microgames!
Yayımlayanlar Nintendo
Buraxılış tarixləri 21 mart 2003, 23 may 2003, 26 may 2003, 6 iyun 2003, 4 iyul 2005, 15 dekabr 2011, 16 dekabr 2011, 3 aprel 2014, 10 aprel 2014, 8 fevral 2023, 9 fevral 2023
Janrlar Döyüş
Prodüserlər Takehiro Izuşi
Dizaynerlər Ko Takeuchi
Goro Abe
Ryutaro Takahashi
Proqramçılar Kazuyoshi Ohsawa
Rəssamlar Ko Takeuchi
Bəstəkarlar Ryoji Yoshitomi
Kyoko Miyamoto
Texniki məlumat
Platformalar Game Boy Advance
Oyun rejimləri Birnəfərli
Çoxnəfərli
İnterfeysin dili Amerika ingiliscəsi, alman dili, italyan dili, yapon dili, sadələşdirilmiş Çin dili[d]
Daşıyıcı rəqəmsal yükləmə[d]
Rəsmi saytı
Rəsmi saytı

WarioWare, Inc.: Mega Microgames! çıxışından sonra, GameSpot  '​ un Redaktorun Seçimi Mükafatını və 2003-cü ilin Ən Yenilikçi Oyun Mükafatını qazanaraq oyunçular tərəfindən bəyənmə qazandı. Həm də bütün zamanların ən yaxşı oyunlarından biri kimi hörmətlə qarşılanır.