We Cry

"We Cry" mahnısı The Script rok qrupunun ilk rəsmi treki sayılır. İngilis dilindən tərcümədə mahnının adı "Biz Ağlayırıq" mənasını verir. Rəsmi mənbələr trekin 2007-ci ildə çıxdığını bildirsə də, amma qrup üzvləri Danny O'DonoghueMark Sheehan bu mahnını hələ 2006-cı ildə yazıb bitirdiklərini söyləyirlər. Həmçinin bu trek The Script qrupunun çıxış mahnısı da sayılır. "We Cry" mahnısının klipi 2007-ci ildə çəkilmişdir. Mahnının qısa məzmununda yalnızlıqdan bəhs olunur və yalnızlıqda axan gözyaşları insanları necə dərin bir kədərə boğduğunu göstərir. Bu mahnı həm də 2008-ci ildə çıxardıqları ilk və öz adlarını verdikləri The Script (albom) albomunun da trek listinə salınmışdır.

Mahnı
We Cry
İfaçı The Script
Yayımlanıb 29 aprel 2008
Janr alternativ rok
Studiya RCA Records[d]