Windows Terminal — "Microsoft" tərəfindən "Windows 10" və daha sonrakı versiyalar üçün hazırlanmış, "Windows" Konsolunu əvəz edən çox vərəqəliterminal emulyatoru.[4][5] "Windows Terminal" hər hansı bir komanda sətri proqramını ayrı bir vərəqədə (tabda) çalışdıra bilər.[6][7] "cmd.exe", "PowerShell", WSL, SSH və "Azure Cloud Shell Connector"u çalışdırmaq üçün əvvəlcədən konfiqurasiya edilmişdir.[6][7] "Windows Terminal" öz renderinq backendi ilə gəlir. "Windows 11"də 1.11 versiyasından başlayaraq, komanda sətri proqramları köhnə Windows Konsolu əvəzinə bu daha yeni backenddən istifadə edilərək çalışdırıla bilər.[8]
"Windows Terminal" 2019-cu ilin may ayında "Microsoft"un "Build 2019" proqramçı konfransında[11] "Windows" Konsolu üçün müasir alternativ olaraq elan edildi[5] və "Windows Terminal"ın mənbə kodu ilk dəfə 3 may 2019-cu ildə "GitHub"da paylaşıldı.[12] İlk test versiyası 10 iyul 2019-cu ildə çıxan 0.2 idi.[13] Layihənin ilk stabil versiyası (versiya 1.0) 19 may 2020-ci ildə buraxıldı və "Microsoft Windows" bu zaman "Terminal Preview" kimi stabil versiya ilə birlikdə quraşdırıla bilən test versiyalarını buraxmağa başladı.[14]
Terminal komanda sətrinin frontendidir. O, çox vərəqəli pəncərədə mətn əsaslı örtüklər də daxil olmaqla, bir çox komanda sətri proqramlarını çalışdıra bilər. WSL, Command Prompt, "PowerShell" və "Bash" üçün hazır dəstəyi var.[6] O, lokal olaraq "Azure Cloud Shell"ə də qoşula bilər.[7]
Terminal aşağıdakılara dəstək verməklə mətn əsaslı komanda təcrübəsini artırır:
Bir pəncərədə birdən çox nüsxəni saxlamaq üçün notbuk vərəqələri
ANSI VT sequence dəstəyi
UTF-8 və UTF-16 (CJK ideoqramları və emojilər daxil olmaqla)
"DirectWrite" vasitəsilə cihaz tərəfindən sürətləndirilmiş mətn renderinqi
Müasir şrift və şrift funksiyası dəstəyi (aşağıya bax)
24-bit rəng
Pəncərə şəffaflığı effektləri
Mövzular, fon şəkilləri və vərəqə rəngi parametrləri[15]
Fərqli pəncərə rejimləri (məsələn tam ekran rejimi, fokus rejimi, həmişə üstdə rejimi)
"Cascadia Code" yeni komanda sətri interfeysi üçün Aron Bel tərəfindən məqsədyönlü şəkildə yaradılmış birenli şriftdir. Buraya proqramlaşdırma liqaturaları daxildir və "Windows Terminal"ın, terminal proqramlarının və "Visual Studio" və "Visual Studio Code" kimi mətn redaktorlarının görünüşünü yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur.[17] Şrift "SIL Open Font License" lisenziyası altında açıq mənbədir və "GitHub"da mövcuddur.[18] 0.5.2762.0 versiyasından etibarən "Windows Terminal"a əlavə olunub.[19]