Xüsusi effektlər (jarqonda qısacaSPFX və ya SFX) — normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur[1][2].
Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur[3]. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur[4][5].
Xüsusi effektlər müntəzəm olaraq vizual effektlərlə qarışdırılır[6]. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir[7]. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdılır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir[8].
Canlı xüsusi effektlər canlı olaraq tamaşaçıların qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur. Canlı effektlərin əksəriyyəti lazer işıqları, duman səhnələri, fişənglər, konfetilər və baloncuqlar və ya qar kimi digər atmosfer effektləridir[9].