Xınalıada

Kınalıada (türk. Kınalıada; yun. Αντιγόνη) və ya AntigoniMərmərə dənizində, İstanbul yaxınlığında yerləşən ada. Şahzadə adaları qrupuna daxildir. Əhalisi 3318 nəfər təşkil edir (2000).

Kınalıada
türk. Kınalıada
Ümumi məlumatlar
Sahəsi 1,3 km²
Uzunluğu
  • 1,6 km
Eni 1,5 km
Hündür nöqtəsi 115 m
Əhalisi 3.318 nəfər (2000-ci il)
Yerləşməsi
40°54′47″ şm. e. 29°03′00″ ş. u.
Ölkə  Türkiyə
Vilayət
Rayon
  • Adalar
Arxipelaq
Akvatoriya
Kınalıada xəritədə
Kınalıada
Kınalıada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kınalıada limanı

Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. İstanbul şəhərinə ən yaxın adadır. İstanbulda yerləşən liman arasında məsafə 6,5 km təşkil edir. İstanbulun Anadolu hissəsinə olan məsafə isə 3,5 km-dir. Adanın torpaq örtüyü qlrmızımtıl rəngə çalması vaxtı ilə onun ərazisindən dəmir və mis çıxarılması ilə əlaqədar olmuşdur. Bu rənginə görə adanı "xınalı ada" adlandırmışlar. Adalar qrupuna daxil olan digər adalardan fərqli olaraq meşə örtüyü azdır.

Kınalıada 1,5 km uzunluğa, 1,1 km enə malikdir. Bu Şahzadə adaları qrupunun sahəsinə görə dördüncü adasıdır. Adada üç təpə vardır:Çinar, Təşvikiyə (115 m) və İsa (93 m). İsa təpəsində monastır vardır.

Bizans imperiyası dönəmində ada hakim ailənin üzvlərinin bir növ sürgün olunduğu ərazi kimi tanınırdı: İrina (752–803) — Bizans imperatriçası; Mixail I Ranqave (770–844) — Bizans imperatoru; Roman I Lakapin (870–948) — Bizans imperatoru; Onun oğulları Stefan və Konstantin; Feofona (yun. Θεοφανώ, X əsr) — Bizans imperatriçası; Roman IV Diogen keçmiş imperator 1071.

Adaya İstanbuldan bərələrlə getmək olur. Katerlə 25, bərə ilə isə 40 dəqiqəlik zaman kəsiyində adaya gedilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]