Xırdaçay

XırdaçayZəngəzurda, indiki Ermənistanda çay.

Xırdaçay

Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Sarıyataq dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə TaxtakörpüçayDəliçayla birləşərək, Qarışıq adlanır və aşağı axarlarında Bazarçay, BərgüşadArazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Xırdaçay Salvartıçay ilə yanaşı, əsas suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.