Xırdaçiçəkli rododendron (lat. Rhododendron micranthum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Xırdaçiçəkli rododendron | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Xırdaçiçəkli rododendron |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Koreyanın şimal və orta hissəsində, Şimali, Şimal-Şərq və Cənub-Şərqi Çində rast gəlinir.
Dağlarda dəniz səviyyəsindən 1600-2400 m hündürlükdə bitir.Hündürlüyü 2,5 m-ə qədər olan həmişəyaşıl koldur.Cavan zoğları vəzcikli-qabıqlı, tükcüklüdür.Yarpaqları uzunsov-ellipsvarı və ya lansetvarı, uzunluğu 2-5 sm, eni 1,0-1,5 sm, ucu biz,üst tərəfi yaşıl,çılpaq və ya nazik qabıqlı,alt tərəfi açıq qonur qabıqşəkilli vəziciklərlə sıx örtülmüşdür.Saplaqların uzunluğu təxminən 3 mm-dir.Çiçəkləri çoxsaylı, yarımşarşəkilli, möhkəm çiçək qruplarında yerləşir.Çiçək saplağı qabıqlı,uzunluğu təxminən 1 sm-dir.Çiçək tacı tutqun ağ, diametri 1-2 sm,enli-zəngvarıdır.Kasacığı qabıqlı və tükcüklüdür.Erkəkcikləri 10 ədəd,çiçək tacından bir az qısadır.İyunun axırında çiçəkləyir, meyvələri iyulda yetişir.
Qışadavamlıdır.
Mədəni şəraitdə becərilir.
Yaşıllaşdırmada qrup əkinlərində istifadə edilir.