Xırdameyvəli albalı

Xırdameyvəli albalı (lat. Prunus microcarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Xırdameyvəli albalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

İran, Gürcüstan və Orta Asiyada geniş yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-ə çatan şaxəli, qışda yarpaqlarını tökən koldur. Budaqlarının qabığı boz, zoğları qonurdur, çılpaq və ya qısa tükcüklüdür, müxtəlif hissələrə şaxələnmişdir. Yarpaqları enli, tərsyumurtavarı və ya uzunsov ellipsvaridir, küt və ya sivrikənarlı olub, ucdan qatlanmamışdır. Üstdən tünd yaşıl, altdan açıq yaşıldır, qısa saplaqlarda yerəlşir. Aprel ayında çiçəkləyir. Çiçəkləri tükcüklü olmaqla, çiçək saplaqlarının üzərində 2–5 ədədi bir yerdə və ya tək-tək yerləşir. Çiçək saplaqları çiçəklərdən uzundur. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir, 5–7 mm uzunluqda olmaqla çiçək yatağının uzunluğuna bərabərdir. Kasacığın hissələri çiçək yatağından qısadır. Meyvələri iyun ayında yetişir, çəyirdəklidir. Meyvələri qırmızımtıl, çılpaq, yumru olub, uzunluğu 6–8 mm-dir, dadı turşməzədir, yeyilir. Çəyirdəyi hamar və ovalşəkillidir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlıdır. Xüsusən daşlı, gilli və quru yamaclarda normal böyüyüb inkişaf edir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronda, Qobustanda, Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da, Samur-Dəvəçi düzənliyində yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvələri mürəbbə və kompotlar üçün yararlıdır. Şirəsindən çaxır və içkilərin rənglənməsi üçün istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]