Epipactis microphylla (lat. Epipactis microphylla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2.
Epipactis microphylla | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Epipactis microphylla |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir.Kökümsovları kiçikdir. Gövdənin hündürlüyü 15-40 sm-dir. Yarpaqları lansetşəkilli, xırdadır, uzunluğu 1,5 - 3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu oxu salxım şəklindədir, uzunluğu 3-12 sm-ə qədər çatır. Çiçəkləri xırdadır, zəif qərənfil ətirlidir. Çiçəkyanlığının ləçəkləri itidir, uzunluğu 5-6 mm, yaşılımtıl, qırmızı, bənövşəyi-kölgəli, içəri hissədə ağımtıl-yaşılımtıldır. Çiçək dodaqlarının kənarları ağımtıl, arxa hissəsi dərinləşmiş, ön hissəsi ürəkşəkilli-yumurtşəkilli, ziyillidir. Yumurtalıq və çıçık saplağı sıx əyilmişdir.
Hündürlüyü 15-40 sm olan çoxillik bitkidir.Kökümsovu kiçikdir. Gövdəsi qırmızımtıldır, yuxarı hissədə xırda tüklüdür.
İyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqlarda, dağətəyi qurşaqlarda, meşələrdə, quru yerlərdə bitir. Yarpaqları xırda, adətən buğumaraları qısadır, neştərvaridir, kənarları kələ-kötür tüklüdür, uzunluğu 1,5-3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu seyrək salxımdır, oxunun uzunluğu 3-12 sm olub, sıx tüklüdür.Çiçəkləri xırda olub, zəif qərənfil ətri verir.Çiçəkyanlığının yarpaqcıqları sivridir, yaşılımtıl-qırmızı rəngdə olub, bənövşəyi çalarları vardır,daxildəkilər isə ağımtıl-yaşıldır. Dodağı kənarlardan ağımtıl, arxa tərəfi dərinləşmiş, ön tərəfdən isə ürəkşəkilli-yumurtavaridir. May ayında çiçəkləyir, may-iyun aylarında meyvə verir.
Böyük Qafqazın şərqində (Goyçay rayonu) rast gəlinir .[1]
Populyasiyası azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini yaradır.
Məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması.
Azərbaycanın nadir növüdür. Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Meşələrdə rast gəlinir.