Xədicə Bəyim (tam adı: Xədicə Bəyim ibn Əli ibn Qara Yuluq Osman) — Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin bacısı, Ərdəbil hakimi Şeyx Cüneydin həyat yoldaşı.[1]
Xədicə Bəyim | |
---|---|
Xədicə Bəyim ibn Əli ibn Qara Yuluq Osman | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | ? |
Həyat yoldaşı | Şeyx Cüneyd |
Uşağı | Şeyx Heydər |
Atası | Cəlaləddin Əli bəy |
Dini | İslam |
Xədicə bəyim Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ailəsində anadan olub. Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi Uzun Həsənin bacısıdır. O, 1456-cı ildə Ərdəbil hakimi Şeyx Cüneyd ilə ailə həyatı qurmuşdur.[1][2] Uzun Həsən bu evliliyə razı olmaqla Səfəvilərin dəstəyindən faydalanmağa çalışmış və onları da öz himayəsinə almışdır. Bu nigahdan onun bir oğlu - Şeyx Heydər dünyaya gəlmişdir. [3] Bu hadisə barədə Ağqoyunlu tarixçi Fəzlullah Ruzbixan Xunəci "Tarixi aləmarayi amini" adlı əsərində yazırː
Hökmdar [Uzun Həsən] onu qohumluğa qəbul etdi və bu Yusifə öz doğma bacısı - Züleyxanı ərə verdi. Bu nigahının sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və “əvvəlki şeyxlərin” xəlifələri Cüneydin görüşünə gəldilər.[4] |