Cəlaləddin Əli bəy (v. 1444) — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın oğlu.
Cəlaləddin Əli bəy | |
---|---|
Cəlaləddin Əli ibn Qara Yuluq Osman | |
1435 – 1438 | |
Əvvəlki | Qara Yuluq Osman bəy |
Sonrakı | Həmzə bəy Bayandur |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Suriya |
Atası | Qara Yuluq Osman bəy |
Anası | Trabzon imperatoru III Aleksiosun qızı |
Həyat yoldaşı | Sara xatun |
Uşağı |
|
Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. O Qara Yuluq Osman bəyin oğlu idi. Onun taxta çıxması ilə bağlı ilk məlumata erməni əl yazmasında rast gəlirik. Burada hicri 839-cu ildə miladi 1435-ci ilin qış ayında Cəlaləddin Əli bəyə taxta çıxması öz əksini tapmışdır. Məlumat "Tanrı onu düşmənlər qarşısında zəfərə ərdirsin" cümlələri ilə sona çatır. Bu zaman Tərcan yaxınlığında qeyri rəsmi bir divan toplandı. Onlar Əli bəyi Qara Yuluq Osman bəyin varisi kimi tanıdı. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlanları, qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.[1] Ən böyük oğlu Yaqub bəy Kemax və Qara Hisar, Əli bəy Harput, Həmzə bəy Mardin, Məhəmməd bəy Çemişgəzək, Şeyx Həsən Ərzurum, qardaşı oğlu Qılınc Arslan isə Palu ərazisinin idarəsini həyata keçirirdi. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlu Əli bəyi özünə vəliəhd seçmişdi. Onun ölümündən sonra hakimiyyət uğrunda çəkişmələr başladı. Həmzə və Məhəmməd bəy başda olmaqda Qara Yuluq Osman bəyin qardaşı oğlanları da Əli bəyin hakimiyyətinə qarşı çıxmışdı. Lakin Teymuri Şahruxun dəstəyini alan Əli bəy Ağqoyunlu idarəsini ələ keçirdi. Əli bəy Ağqoyunlu taxtında oturduğu müddətdə böyük dövlətlərlə yaxşı münasibət qurmağa çalışırdı. Hətta bu məqsədlə Ərzurumda olarkən öz bacısını Şahruxun oğlu Cuki ilə nişanlamışdı. Beləliklə, Teymurilərlə yaxın qohum olan Əli bəy qardaş və qardaşı oğullarına qarşı əlini gücləndirdi. Lakin Əli bəyin hakimiyyətə gəlməsinə şərait yaradan Şahrux Teymuri idarəsindən geri çəkildikdə Əli bəy qardaşı Həmzə bəylə təkbaşına mübarizə aparmalı oldu. Bu barədə Əbubəkr Tehraninin Kitabi-Diyabrəkriyyə əsərində aşağıdakı məlumat öz əksini tapır: " İsgəndər Mirzə məğlub edilib Rum sərhəddinə doğru qaçdıqdan sonra, Şahruxun oğlu Cuki Mirzə ağqoyunlularla münasibətiəri möhkəmlətmək üçün Qara Osmanın qızı ilə evləndi. Eyni zamanda o, Diyarbəkri və Ağqoyunlu əmirliyini Əli bəyə tapşırdi və ona qızıl kəmər verib yola saldı. Bu, Ağqoyunlulara hamilik edən Teymurilərin Əli bəyin hakimiyyətini tanıması demək idi. Lakin Əli bəyin qardaşları, xüsusən Sultan Həmzə, Məhəmməd bəy və Mahmud bəy heç bir vəchlə onun hakimiyyəti ilə barışmaq istəmirdilər. Elə bu da Ağqoyunlu dövlətini daxili çəkişmə və münaqişələrin bürüməsinə gətirib çıxardı."[2]
Teymuri Şahruxun bu evlilikdən çox şad olduğu bildirilsə də, Məmlük Sultanı Barsbayı bu müttəfiqlik narahat edirdi. O da Ağqoyunlu dövləti üzərinə yeni bir səfərin hazırlıqlarına başlayır.[3]
Hakimiyyəti Ağqoyunlu bəyliyinin qışlıq torpaqları üzərində qismən qəbul edilən Əli bəy bundan sonra diqqətini Məhəmməd, Mahmud və Qara Osmanın yoldaşlarından biri ilə yanaşı bir neçə idarəçini də öz tərəfinə çəkən Həmzə Mirzəyə yönəltdi. O həmçinin Məmlük sultanı ilə barışıq əldə etmək üçün oğlu Hüseyni Qahirəyə göndərir. Lakin onun bu addımına qarşılıq Barsbay Hüseyni zindana saldırdı. Nəticədə tərəflər qarşı-qarşıya gəldi. Əli bəyin oğlu Cahangir bəy rəhbərliyindəki Ağqoyunlu ordusu məğlub oldu. Cahangir bəy əsir düşdü. İki oğlu əsir düşən Əli bəy diqqətini başqa qüvvələr üzərinə yönəltməyə məcbur oldu. 1436-cı ildə İsgəndər Qaraqoyunlu Ağqoyunlular üzərinə yürüşə başladı. Əli bəy, Yaqub, Şeyx Həsən, Mahmud, Məhəmməd və Pir Əlilərdən Piltandan ibarət ağqoyunlu divanı məşvərət üçün toplandı. Lakin onların səyləri nəticə vermədi. İsgəndər Mirzə Ərzurumu ələ keçirdi. Əli bəy bu mübarizədə məğlubiyyətə düçar oldu. Əli bəy 11 yaşındakı oğlu Uzun Həsəni də qardaşı Həmzə bəyin fəaliyyətlərini araşdırmağa göndərdi.[4]
Şimaldakı nüfuzu zəifləyən Cəlaləddin Əli bəy Məmlük sultanı Barsbayla yenidən danışıqlar aparmağa başladı. Onun məqsədi oğlanlarını geri almaq, cənub sərhədlərinin təhülkəsizliyini təmin etmək idi. Məmlük sultanı Harput qarşılığında oğlunu geri verib hakimiyyətini tanımağı qəbul etdi. Cəlaləddin Əlinin baş qarışıqlığında istifadə edən Həmzə Mirzə Amid üzərinə yeridi. Bu zaman Uzun Həsən Amid valisi idi. O Həmzə Mirzənin əlindən qaçaraq atasının yanına getməyə müvəffəq oldu. 1438-ci ilin qışında Cəlaləddin Əli bəy Ağqoyunlu rəhbərliyindən əl çəkdi.[4]
Kitabi-Diyarbəkriyyədə bu barədə yazılır: " Bütün bunların nəticəsidir ki, Ağqoyunlulara cəmı bir neçə il formal rəhbərlikdən sonra Əli bəy faktiki olaraq hakimiyyətdən imtina etmiş və 1443-cü ildə Suriyada, Hələb yaxınlığında müəmmalı bir şəraitdə ölmüşdü."
Sara xatunla evlənmiş 7 oğlu və 1 qızı olmuşdur[5]: