Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).
Xədicə Qazıyeva | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri |
|
||
Vəfat tarixi | (82 yaşında) | ||
Həyat yoldaşı | |||
Uşağı | |||
Fəaliyyəti | teatr aktrisası | ||
Teatr | Naxçıvan Dövlət Musiqili Dram Teatrı | ||
Mükafatları |
|
Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı.
O, 200-dən çox obrazla qarşılaşmışdır.
Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib.
Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.