Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Xədim Davud Paşa (ö. sentyabr 1549) — Misir bəylərbəyi.
Xədim Davud paşa | |
---|---|
Əvvəlki | Xədim Süleyman Paşa |
Sonrakı | Səmiz Əli Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Misir əyaləti, Osmanlı imperiyası |
Saray xədimlərindən olub, bura necə alındığı məlum deyil. Saray hərəmindəki təhsilini və xidmətini tamamlamasının ardından 1538-ci ilin aprelində Xədim Süleyman Paşanın da tövsiyəsilə, Misir bəylərbəyliyinə gətirildi.
Eyni zamanda vəzir rütbəsi alan Davud Paşa, hamisi Süleyman Paşa ilə birlikdə Dəli Hüsrəv Paşaya qarşı siyasi müxalifət apardı. Ancaq Süleyman Paşa bu mübarizədə gözdən düşərək vəzifədən alındı. 2 il davam edən təftişin ardından Süleyman Paşanın 1547-ci ildə vəfat etməsi nəticəsində tək qalan Davud Paşa bu vəzifədə çox qala bilmədi. 22 aprel 1549-cu ildə sədrəzəm Rüstəm Paşanın yaxın adamlarından Səmiz Əli Paşa Misir bəylərbəyliyinə gətirildi.
Vəzifədən alınan Davud Paşa isə saray xədimi olması səbəbilə, ənənəyə uyğun olaraq qalan ömrünü Misirdə keçirdi. Ancaq səhhəti pis idi və vəzifədən alındıqdan bir neçə ay sonra Misirdə vəfat etdi.