Xələflilər

XələflilərAzərbaycan xalqının tanınmış soylarından biri.

Xələflilər
Titul Bəy
Əcdadı Xələf bəy Yağləvəndli-Cavanşir
Budaqları Nurməmmədlilər, Əzimməmmədlilər
Mənşəyi Qarabağ, Füzuli
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Yağləvənd

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Soyun ulu babası Xələf bəy Yağləvəndli-Cavanşirdir. Xələf bəy Şirin kələntər oğlu 1791-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Atasının kələntərliyi dönəmində mahal mirzəsi olmuşdu. Atasının vəfatından sonra (1812) Yağləvənd obasının kədxudası vəzifəsində çalışmışdı. 1817-ci ildə Mehdiqulu xan Cavanşirin keşikçibaşısı təyin olunmuşdu.

Xələf bəy 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. Abbas mirzə Qovanlı-Qacar Xələf bəyi qohum-əqrabası ilə birlikdə Qaradağ vilayətinin Kərmədüz mahalında yerləşdirmişdi. Hazırda həmin mahalın ərazisində Xələfbəyli adlı qışlaq var.

Xələf bəy Pirqulu xan Şambayatı-Qacarın oğlu Məhəmmədbağır xanla savaşmış, ailəsi ilə birlikdə Arazı adlayıb Qarabağa, doğma yurduna qayıtmışdı.

Xələf bəy İrana qaçdığına görə, bəylərə verilən hüquq və imtiyazlardan məhrum olunmuş, ailəsi vergi ödəyənlər siyahısına aid edilmişdi.

Xələf bəy 1835-ci ildə vəfat edib.

Xələf bəy Şəhribanu xanım Nurməhəmməd qızı ilə ailə qurmuşdu.

Xələf bəyin oğulları

[redaktə | mənbəni redaktə et]
  • Nurməmməd ağa(1827–1893)
  • Əziməmməd ağa (1829–1906)
  • Abbasqulu ağa (1833–1851)
  • Şirin ağa (1834–1916)

Xələf bəyin şəcərəsi

[redaktə | mənbəni redaktə et]

Xələf bəyin nəsli

[redaktə | mənbəni redaktə et]

Xələf bəyin nəsli xələflilər adlanır.

  • Xələf bəy (1791–1835)
    • Məşədi Əzimməmməd ağa(1829–1906)
      • Rzaqulu ağa (1861–1944)
        • Mirzə Surxay (1891–1945)
          • Çingiz (1924–1991)
  • * *

Xələf bəy 1835-ci ildə digər obabaşılar – Xanalı Aras oglu, Əmir Murad Seyid oglu, Qədir Vəli oglu və Rzaxan dağbaşı ilə bərabər Mirzə Camal bəy Məhəmmədxan bəy oglu Hacılını Ocaqlı-Sultan Murad torpağı ilə bağlı məhkəməyə vermişdilər. Məhkəmə Mirzə Camal bəyin xeyrinə həll olunmuşdu.

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  1. ARDTA, fond 77, siyahı 1, saxlama vahidi 32. vər. 23b.
  2. M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
  3. Ənvər Çingizoğlu. Xələf bəy Yağləvənd-Cavanşir. "Soy" dərgisi, 1(3) 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]