Köçərli Xəlil Süleyman oğlu- Tarix elmləri doktoru, əməkdar müəllim.
Xəlil Köçərli | |
---|---|
Xəlil Süleyman oğlu Köçərli | |
Doğum tarixi | |
Doğum yeri | İsalı, Gədəbəy |
Fəaliyyəti | professor |
Elmi dərəcəsi |
Köçərli Xəlil Süleyman oğlu 1927-ci il noyabrın 26-da Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1945-ci ilin iyununda Gədəbəy orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1945-50-ci illərdə BDU-da oxumuş, oranı əla qiymətlərlə bitirərək "tarixçi" ixtisası almışdır. 1950-1958-ci illərdə Gədəbəy rayonunun Göyçəsallı və Novo-İvanovka orta məktəbində direktor və tarix müəllimi işləmişdir.
X. Köçərli 1958-ci ildən çağdaş günümüzədək fasiləsiz olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.
1964-cü ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 1984-cü ildə isə tarix elmlər doktoru elmi dərəcəsi almışdır.
1985-ci ildən indiyədək professor vəzifəsində işləyir. Onun 10-dan artıq monoqrafiyası və ktabı, 70-dən artıq məqaləsi nəşr olunmuşdur.
Eyni zamanda X. Köçərli 1993, 1995 və 1998-ci illərdə nəşr olunan "Siyasi tarix" dərsliyinin müəlliflərindən biridir. Xarici ölkələrdə bir neçə məqaləsi nəşr olunmuşdur.
X. Köçərli müəllim işləməklə yanaşı 1958-1962-ci illərədə ADPU-nun "Gənc müəllim" qəzetinin redaktoru, həm də nəşiriyyat direktoru vəzifəsində çalışmış, omlarla dərsliyin və dərs vəsaitinin yüksək səviyyədə çıxmasına nail olmuşdur.
X.Köçərli 10-dan artıq aspirantın və dissertantın namizədlik işinə rəhbərlik etmişdir.Onların tarixçi kimi yetişməsində böyük əmək sərf etmişdir. Bundan əlavə 6 nəfərin doktorluq, 3 nəfərin isə namizədlik dissertasiyasını müdafiəsində apponenti kimi çıxış etmişdir.
Professor Xəlil Köçərli yüksək ixtisaslı kadrlar hazırlanmasındakı xidmətlərinə, habelə respublikada və Universitetdə keçirilən tədbirlərdə fəal iştirakına görə Azərbaycan həmkarlar ittifaqı, təhsil nazirliyi, "Bilik" cəmiyyəti və Universitet rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
2006-cı ildə Təhsil Nazirliyi tərəfindən döş medalına layiq görülmüşdür. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncami ilə "Əməkdar müəllim" adına layiq görülmüşdür.