Xəlil Təhmasibi

Xəlil Təhmasibi (14 fevral 192421 yanvar 1955) — İslam fədailəri təşkilatının üzvü.

Xəlil Təhmasibi
Doğum tarixi 14 fevral 1924(1924-02-14)
Vəfat tarixi 21 yanvar 1955(1955-01-21) (30 yaşında)
Fəaliyyəti dülgər[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhid Nəvvab Səfəvi şah rejiminə qarşı mübarizə meydanında tək dayansa belə elə cürət və qətiyyətlə danışardı ki, sanki arxasında böyük bir ordu dayanmışdı. Baş nazir Hacı Əli Rəzmaranın qətlindən sonra elan etdi ki, Xəlil Təhmasibi öz şəri vəzifəsinə əməl edib və onun başından bir tük əskik olsa şah sarayının sütunlarını aşırarıq.

Fars İnformasiya Agentliyinin Mübarizə və Müqavimət bölməsi xəbər verir ki, şəmsi 1329-cu ilin ən səs-küylü hadisəsi İslam Fədailəri qrupundan olan Xəlil Təhmasibinin dövrün baş naziri Rəzmaranı qətlə yetirməsi oldu. Rəzmara Britaniya hökuməti ilə əl-ələ verərək İran xalqının əleyhinə böyük cinayətlər törətmiş bir şəxs idi. O da Pəhləvi rejiminin digər nümayəndələri kimi neftin milliləşdirilməsinə qarşı çıxırdı. İslam Fədailəri neftin milliləşməsinə qarşı hər hansı hərəkəti İran xalqının ziddinə addım kimi dəyərləndirərək qərar çıxarırdılar və bu qərarlardan biri də baş nazir Rəzmaranın qətli idi.

Xəlil Təhmasibi dövrünün ən şücaətli insanlarından biri kimi yadda qalıb. O, istintaq materialları və məhkəmə qərarına əsaasən 1329-cu il isfənd ayının 16-da (7 mart 1951-ci il) o Rəzmaranı qətlə yetirdi. İslam Fədailəri Ayətullah Kaşaninin himayəsi ilə bu qətli öz üzərlərinə götürdülər və rejimə üç günlük ultimatum verildi ki, Xəlil azad edilsin. Fədailər qrupu Xəlil Təhmasibinin azad edilməyəcəyi təqdirdə şah rejimini hədələyirdi. Hadisə ilə bağlı Rəsul Cəfəriyan yazır:

Rəzmaranın qətli ilə bağlı məlumatlardan biri onun qətlə yetirildiyi silahla bağlı idi. Polis idarəsinin o zamankı məlumatlarına baxdıqda zahirən heç bir qaranlıq nöqtə qalmır. Rəzmaranın qətlindən bir saat sonra Rəzmaranın mühafizəçisi Mustafa Pazukinin Xəlilin əlindən aldığı silah polis idarəsinə təhvil verilir və silah qeydiyyata götürülür. Silahın qeydiyyatı zamanı keçirilən iclasın mətni belədir: "Çərşənbə günü saat 12:45-də polis idarəsində cənab Abdullah Müvəhhidin (Xəlil Təhmasibinin) Rəzmaranın qətli ilə bağlı ilk istintaq prosesi keçirilib. İclasda Brauninq tipli tapança qeydiyyata götürülüb. Qeyd olunub ki, bu silah baş naziri qətlə yetirən Xəlil Təhmasibiyə məxsusdur. Mühafizəçi Pazuki ifadə verib ki, bu silahı Rəzmaranın qətlindən sonra qatilin əlindən alıb."

Silah patronla birlikdə ekspertə təhvil verilib. Ekspert Kərim Xaliqpənah deyib: "Ciddi araşdırmalardan sonra məlum oldu ki, məhz bu silahdan atəş açılıb." Digər mütəxəssis Namdar Bəhmən öz fikrini belə bildirib: "Brauninq tipli silaha ekspert baxışından sonra məlum oldu ki, atəş bu silahdan açılıb."

Bu məlumatlar Xəlil Təhmasibinin qətl ilə bağlı mühakiməsi üçün kifayət edirdi. Mühafizəçilərin atəş açması barədə heç bir məlumat yox idi. Bütün bu ifadələrə baxmayaraq Xəlil Təhmasibinin qətldə ittihamı üçün dəlillər kifayət etmirdi. Hadisə zamanı mühafizəçilərin və səhnədə iştirak edən məmurların atəş açıb-açmaması ilə bağlı heç bir məlumat verilmirdi. Maraqlıdır ki, Rəzmaranın vurulduğu zaman onun ölümünə səbəb olmuş güllələrin Xəlil Təhmasibinin silahından atılması ilə bağlı ekspert rəyləri natamamdır. Bu işdə maraqlı tərəflərin olduğu şübhə doğurmur. Həmin dövrdə milli cəbhənin üzvləri olmuş Qulamrza Rəhmani və Hairizadə heç bir dəlil göstərmədən iddialar əsasında belə bir nəticə çıxarmışdılar ki, atəş başqa bir silahdan açılıb. Mövzu düyünə düşmüşdü.

Zabit Rəhmani öz xatirələr kitabında yazır ki, Xəlil Təhmasibinin silahı kiçik bir silah olub. Bu silahın kalibri də kiçikdir. Düşünürəm ki, belə bir silah yaxın məsafədən hətta qalın parçanı dəlib keçməyə acizdir. Zabit Rəhmani 25 il İran Hərbi Hava Qüvvələrində xidmət etmiş zabit idi. O iddia edirdi ki, belə bir silahdan açılan atəş bədəni dəlib keçmək gücündə deyil. O yazır: "Rəzmaranın bədənində yaranın dərinliyi göstərir ki, atəş güclü bir silahdan açılıb. Belə güclü kolt silahlar ordunun ixtiyarında olur. Zabit heç bir sənəd göstərmədən iddia edir ki, ekspert araşdırmalarından sonra aydın olub ki, atəş kolt silahından açılıb. Amma bu iddianı sübuta yetirəcək heç bir dəlil olmayıb. Tarixi mənbələrdən də görünür ki, hadisə baş verən dövrdə Xəlil Təhmasibi tərəfindən istifadə edildiyi iddia olunan silah yüksək rütbəli zabitlərdə olub. Bir sözlə, hadisə ilə bağlı istintaq araşdırmaları, ekspert rəyləri olduqca şübhəli olub. Rəhmani iddia edib ki, bu hadisəni mülki geyimdə olan hərbçilər törədib. Təhmasibinin atəşindən sonra kimlərinsə atəş açdığı iddia olunur. Rəhmani öz iddialarını sübuta yetirə bilməyib. Cinayət yerində dövlət məmurlarının, hərbi qulluqçuların iştirak etdiyi qeydə alınmayıb. Rəhmani Təhmasibiyə qarşı şahidlər çox olduğundan onun atəş açmadığını iddia edə bilmir. Amma Rəzmaranın Təhmasibinin yox, başqa bir nəfərin atəşindən qətlə yetirildiyinə şübhə etmədiyini söyləyir. Rəhmani öz iddialarına dəlili olmadığı halda nə üçün belə bəyanatlarla çıxış edib? O özü də yaxşı bilirdi ki, iddiasını sübut etmək üçün kifayət qədər dəlili yoxdur. Amma ekspert rəylərini araşdırdıqda aydın olur ki, Təhmasibinin əlindən alınmış silahda elə bir güc olmayıb. Mütəxəssis Kərim Xaliqpənah, Abbas Fürutən müttəhimin silahını ekspert müayinəsindən keçirdikdən sonra bu silahın brauninq olduğunu təsdiqləyiblər. Mütəxəssislərin məhkəmə rəyində deyilir: "Silah tam şəkildə ekspert müayinəsindən keçirildi və aydın oldu ki, qətlə yetirilmiş şəxs bu silahdan açılan atəşlə həyatını itirib. Amma bu güllənin dərinə işləməsinin səbəbləri qaranlıq qalıb." Silah sonradan ekspertlər Namdar Bəhmən, Yədullah Kazemi tərəfindən müayinədən keçirilib. Onlar müayinədən sonra rəylərində deyirlər: "Atəş 7.65 kalibrli silahdan açılıb, boş gilz də həmin silaha məxsusdur." Bu rəy məhkəmə və prokurorluq orqanlarının əlaqədar iş üzrə nümayəndələri tərəfindən imzalanıb. Demək, Rəhmaninin iddiasının əksinə olaraq Xəlil Təhmasibinin silahı "həfttir" adlanan silah olub. Hansı ki, Rəhmani iddia edirdi ki, Təhmasibinin silahı "şeştir" adlanan zəif silahdır. Rəzmaranın qətli ilə bağlı ekspert rəylərindəki dolaşıqlıqlar sual olaraq qalmaqdadır.

Məhəmməd Mehdi Əbdxudayi Rəzmaranın çevriliş planları ilə bağlı şübhələri yada salır. İslam Fədailərinin qətlindən sonra Rəzmaranın qətlə yetirildiyi silahın hazırlanması qeyd olunur. Sual olunur ki, Rəzmara ilə birlikdə çevriliş planı hazırlayan zabitlərin nə üçün heç biri həbs olunmayıb? Demək, bu bir uydurmadır. Nəvvab Səfəvi Rəzmaranın qətlindən sonra rəsmi bəyanat verdi ki, Xəlil Təhmasibi şəri vəzifəsinə əməl edib və onun başından bir tük əskik olsa sarayın sütunlarını uçuracağıq. Nəvvab Səfəvinin bu bəyanatına əsaslanaraq Rəzmaranın Təhmasibi tərəfindən qətlə yetirilməsi birmənalı qarşılanıb. Hadisənin üzərindən uzun müddət keçəndən sonra ekspert rəylərini ortaya qoyduqda suallar ortaya çıxır. Aydın olan budur ki, şah Rəzmaranın qətlini istəmirdi. Rəzmara qətlə yetirildi və bu qətldən az sonra neftin milliləşdirilməsi elan olundu. Bütün bunlar göstərir ki, Rəzmara Xəlil Təhmasibi tərəfindən qətlə yetirilib.

Bəziləri iddia edir ki, Rəzmara İslam Fədailəri tərəfindən öldürülməyib. İslam Fədailəri İslam hökuməti qurmaq istəyən ilk qrup idi. Məntəqədə yaranacaq İslam hərəkatının qarşısını almaq üçün İslam Fədailərinin ciddi bir qətldə ittihamı labüd idi. Bəziləri düşünür ki, bu qətlin İslam Fədailərinin ayağına yazılmasında məqsəd elə bu olub.

Bəli, bu gün də Rəzmaranın qətli suallar doğurmaqdadır. Rəzmaranın qətlə yetirildiyi səhnədə Xəlil Təhmasibi olub və o atəş açıb. Amma Xəlil Təhmasibidən götürülən silah ilk qeydiyyatda şeştir adlanan bir silahdır və belə bir silahın dərin yaralar açması mümkün deyil. Demək, səhnədə başqa bir qatil olub və bu qatil yüksək kalibrli silahla Rəzmaranı qətlə yetirib. Bu qətl kimə lazım idi? Tarix hələ də bu sualların cavabını gözləyir.