Nəvvab Səfəvi

Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 9 oktyabr 192418 yanvar 1956, Tehran, Pəhləvilər İranı[d]) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı.

Nəvvab Səfəvi
Doğum tarixi 9 oktyabr 1924(1924-10-09)
Vəfat tarixi 18 yanvar 1956(1956-01-18) (31 yaşında)
Vəfat yeri
Fəaliyyəti klirik[d], siyasətçi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar. Bunu görən ingilis etdiyi əməlinin səhvini anlayıb üzr istəsə də Seyid Nəvvab hər kəsin qisas hüququ olduğunu söyləyib onları qisas almağa çağırır. Beləcə döyülən şəxsin İngilisdən aldığı qisas böyük səs-küyə səbəb olur. Seyid Nəvvab bu işə təşkilatçı kimi axtarışa düşür. Dostlarının yardımı ilə ölkədən çıxarılan Seyid Nəvvab öncə Bəsrəyə, daha sonra isə dini elmə olan böyük marağı səbəbi ilə Nəcəf elmi hövzəsinə yola düşür.

Yaşının azlığına baxmayaraq Seyid Nəvvab qısa zaman kəsiyində hövzədə böyük naliyyətlər əldə edir. “Əl-Qədir” kitabının müəlifi Əllamə Əmininin xüsusi diqqəti sayəsində Seyid Nəvvab bilgilərində xüsusi bir uğur əldə edir. Bunula yanaşı o İranda xarici ölkələrin istismar siyasətini də yaxından izləməklə ölkəsinin xarici qüvvələrin təsirini narahatedici bir hal kimi qəbul edir. Tez-tez tələbə yoldaşları ilə İrandakı ictimai-siyasi vəziyyəti təhlil edən Seyid Nəvvab bu barədə böyük ustadlarla da məshətləşməyi unutmur.

Səfəvi 1945-ci ildə İslam Fədailəri Təşkilatını qurdu və oxşar fikirli şəxsləri ətrafında toplamağa başladı. Bir müddət sonra rəhbərlik etdiyi təşkilat İranın baş nazirləri Əbdülhüseyin Hazir, Hüseyn Əla (təşəbbüsdən sağ çıxmışdır), Hacı Əli Rəzmara və tarixçi Əhməd Kəsrəvinin siyasi sui-qəsdinə görə təşkilatının məsuliyyət daşıdığı bildirildi.

Fəaliyyətinin dağıdıcı olduğu iddia edilərək Məhəmməd Müsəddiq tərəfindən tutulması əmri verildi. 8 iyun 1951-ci ildə həbs edildi və 1953-cü ilin fevralında sərbəst buraxıldı. Altı aydan sonra Müsəddiqi devirən çevrilişi dəstəklədi, sonra baş nazir Fəzlulla Zahidinin hökuməti ilə yaxından maraqlandı. Lakin, 1955-ci ildə, rejimin şəriət və İran İslamçılığının qanunlarını ciddi şəkildə yerinə yetirilməsini təmin etməyəcəyi ortaya çıxdı və bunun əvəzinə daha çox Qərbyönümlü oldu. 22 noyabrda Nəvvab Səfəvi və bəzi yoldaşları Hüseyn Əlaya edilən uğursuz sui-qəsd cəhdindən sonra həbs edildilər. Baş tutmuş olan Məhkəmə prosesindən sonra Səfəvi və üç İslam fədaisi 25 dekabrda edam edildilər.

Vəsiyyətnaməsi

[redaktə | mənbəni redaktə et]

Ölümündən bir neçə saat əvvəl, həyatının son günündə yazdığı vəsiyyətnaməsi Seyid Nəvvab Səfəvinin insanlığa yönələn çağırışı olaraq bu gün də öz aktuallığını qorumaqdadır. Vəsiyyətnaməsində şəhid Səfəvi yazırdı: “Rəhman və Rəhim olan Allahın adı ilə. Ey dünyadakı müsəlman qardaşlar, Allahın, MəhəmmədAli Məhəmmədin (s) sabitqədəm dostları! Dünya bizdən üz çevirdi və axirət bizə üz tutdu. Ömrümüzdən keçən fani olan dünya idi. Bizə üz tutan tələsərək getdiyimiz isə axirətdir. Çalışın ki, bu fani keçmişin yox, qəti gələcəyin övladı olun. Özünüzü o əbədi saraya hazırlayın. Aman azuqənin azlığı və səfərin uzunluğundan! Müqəddəs vücudu Allah eşqi və İlahi mərifətlə dolu bir dünya olan Əmirəlmöminin (ə) şəxsiyyətini azca dərk etmək üçün bir dünya mərifət lazımdır. Dünya əziz əmioğlusundan (s) sonra onun kimisini görmədi və görməyəcək. Azuqənin azlığı və yolun uzunluğundan nalə çəkirdi. Oyanın bu dovşan yuxusundan! Dünyanın sınaq oyununa aldanıb çirkaba batmaqdan çəkinin. Böyük Peyğəmbərlərin, Məhəmməd və ali Məhəmmədin (s) yolu ilə Allaha və axirət dünyasına doğru çalışan möhkəm dəlilləri, Allahın pak ayələrini, dünyanın nurlu həqiqətlərini unutmayın. Ey kaş Allah istəməsin ki, mən və siz zərərə düşənlərdən, qiyamətin bədbəxtlərindən, cəhənnəm əshabı zümrəsindən olaq. Dünyanın asan və ötəri məşəqqətinə dözə bilməyən, kiçik bir müsibətlə rastlaşanda özünü itirib aciz qalan sən öz zəif və kövrək cismini qəhhar Allahın od və suyundan şölələnən atəşə necə hazırlayırsan? Təəccüblüdür ki, dünya labaratoriyasına sürətlə girib-çıxan, qara tor mexanizmin də öz ixtiraçısının qanunlarına tabe olduğunu bilən zəif insan varlıq aləmini yaradanın qanunlarına, Onun əziz nümayəndəsi İslam Peyğəmbəri Muhəmmədə (s) diqqətsiz qalıb, öz düşüncə və həyat mühitini buxovlayaraq, özünü Allahın qəzəb alovunu şölələndirən cəhalət və şəhvət atəşində yandırır! “Onlar heyvan kimi, hətta ondan da azğındırlar” Ey qardaşlar! Siz xəbərdarlığı başa çatdırmaq, Allahın razılığını qazanmaq, Ona itaət, Allahın hüzurunda bəraət qazanmaq üçün haqqı deyin, təbliğ edin, bu biçarələri sabahın çarəsizliyindən xəbərdar edin. Onları qorxudun. Onların günah və tüğyanlarına etirazınızı bildirin. Ya doğru yolu qəbul edərlər, ya da kafir olarlar. Allah onların itaətinə möhtac deyil, onların günahları Allahın hökumətinə zərər vurmaz. Onun cəhənnəmi genişdir. Daha çox azğın və günahkar varmı?-soruşar. Dünyanın puç fəlsəfələri, əlvan görüntüləri, rəzil qüdrətləri, aldadıcı libasları orada heç olar, dərdə dərman olmaz, heç nəyə yaramaz. Aman bu uzun ayrılıqdan! Qardaşlar! Mən gördüm və ağlı olan hər kəs gördü ki, Allaha məhəbbət bütün məhəbbətlərdən şirindir, Ona itaət şeytan və nəfsə itaətdən əzizdir...”

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]