Xəqani İlqar oğlu Səfərli (14 oktyabr 1991, Xətai rayonu – 4 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin.
Xəqani Səfərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1991 |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 2020 (28 yaşında) |
Vəfat yeri | Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan |
Atası | İlqar Səfərov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Xəqani Səfərli 1991-ci il oktyabrın 14-də Bakının Xətai rayonunda anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Xəqani Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəqani Səfərli oktyabrın 4-də Murovdağ döyüşləri zamanı itkin düşüb.
Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Xəqani Səfərliyə "şəhid" statusu verilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Xəqani Səfərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]