Xəvaci Məhəmməd-Mirzəyev

Xəvaci Məhəmməd-MirzəyevBöyük Vətən müharibəsi iştirakçısı, süvari, pulemyotçu, baş çavuş, Sovet İttifaqı Qəhrəmanı. Milliyətcə çeçendir.

Xəvaci Məhəmməd-Mirzəyev
çeç. Хаваджи Мухамед-Мирзаев
Doğum tarixi 1910
Doğum yeri
Vəfat tarixi 4 oktyabr 1943(1943-10-04)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu

Xəvaci Məhəmməd-Mirzəyev kasıb bir ailədə anadan olmuşdur. Qroznı Pedaqoji Məktəbini bitirib, doğma kəndində müəllim və məktəb direktoru işləyir.

1930-cu illərdə Uzaq Şərqdə sərhədçi olaraq xidmət edir. Sərhəd pozucusu saxlanılarkən yaralanır və tərxis edilir. 1940-cı ildə Daşkənddəki Yanğından Mühafizə Baş İdarəsinin orta komandanlıq məktəbini bitirib, sonra Leninabadda (Tacikistan) yanğın müfəttişi işləyir.

1941-ci ilin sentyabrında cəbhəyə gedir. Süvari alayında Mərkəzi Cəbhənin 61-ci Ordusunun 7-ci Süvari Korpusunun 16-cı Qvardiya Çernigov Süvari Diviziyasının 3-cü eskadronunun taqım komandirinin köməkçisi olaraq xidmət edir. Stalinqrad döyüşündə iştirak edir[1].

18 sentyabr 1943-cü ildə Çerniqov vilayətinin Mensky rayonu, Berezna kəndinə pulemyot atəşi ilə hücum edərkən, at quruluşunda bir eskadronun hücumunu təmin edir. Bu döyüşə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilir[2].

28 sentyabr 1943-cü ildə Xəvaci Dneprin sağ sahilinə ilk keçənlərdən biri olur. Pulemyot atəşi ilə sahili düşməndən təmizləyib, bölmələri üçün çayın uğurla keçməsini təmin edir. Üç dəfə yaralanır, ancaq 144 faşisti məhv edərək mövqeyi tərk etmir. Oktyabrın 4-də yaralarından dünyasını dəyişir. 15 yanvar 1944-cü ildə bu şücaətinə görə Xəvaci Məhəmməd-Mirzəyevə Sovet İttifaqı Qəhrəmanı adı verilir (ölümündən sonra).[3]

Dörd qardaşı da cəbhəyə gedir. Onlardan yalnız ikisi sağ qayıdır.

Levkoviçi kəndi yaxınlığında vəfat etdiyi yerə ona abidə qoyulmuşdur.

Başqırdıstan Respublikası Milli Muzeyində və 16-cı Qvardiya Başqırd Süvari Muzeyində quraşdırılmış 16-cı Qvardiya Çernigov Süvari Diviziyasının 78 Sovet İttifaqı Qəhrəmanının adları siyahısında Məhəmməd-Mirzəyevin adı da xatirə lövhəsinə həkk olunmuşdur.

Qroznıdakı Şöhrət Memorialına Xəvaci Məhəmməd-Mirzəyevin təsvir edildiyi bir barelyef qoyulur.

Urus-Martanda bir küçə Məhəmməd-Mirzəyevin adını daşıyır.

1982-ci ildə Qroznı Pedaqoji Məktəbinin binasına (Lyapidevskoqo küçəsi, 9) lövhə qoyulur[4]:

" Adları ölməzdir. Sovet İttifaqı Qəhrəmanları İrbayxan Bəybulatov, Xəvaci Məhəmməd-Mirzəyev. Qroznı Pedaqoji Məktəbinin məzunları. "
  1. Адиз Кусаев]]. Отважен и горяч, но рассудка не теряет. Молодёжная смена. 27 апреля 2005 года. № 33 (236).
  2. "Мухамед-Мирзаев Мирзаян Хаваджи 1910г.р." Подвиг народа. 2010-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии" от 15 января 1944 года Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 23 января (№ 4 (264)). — С. 1.
  4. "Улица Хаваджи Магомед-Мирзоева в городе Урус-Мартан". mapdata.ru. 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.