Xəyal Əhmədov (kikboksçu)

Xəyal Əhmədov (tam adı:Xəyal Sərdar oğlu Əhmədov; d. 05.02.1983, Şərur rayonu, NMR, Azərbaycan) — azərbaycanlı kikboksçu, Azərbaycan çempionu, dünya çempionu, Yeni Azərbaycan Partiyası Nizami rayon Gənclər Təşkilatının sədr müavini.

Xəyal Əhmədov
Xəyal Sərdar oğlu Əhmədov
Doğum tarixi (41 yaş)
Doğum yeri Vərməziyar, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti kikboksçu

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində doğulmuşdu.

Uşaq yaşlarından kikboksinq idman növü ilə məşğul olub. Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü olub. Kikboksinq Çempionatında Azərbaycan çempionu olub. Daha sonra peşəkar kikboksinqlə məşğul olmağa başlayıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2015-ci il martın 21-də Tiflis şəhərində peşəkarlar arasında kikboksinq üzrə (K-1 versiyası) dünya kuboku uğrunda döyüşdə Q.Koçaryanı nakautla məğlubiyyətə uğradıb.
  • 2017-ci il 7 oktyabr tarixində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində Azərbaycanı təmsil edən "Tank" ləqəbli idmançı Xəyal Əhmədov Kevin Keitke ilə mübarizədə qalib gələrək, çempion adını qazanıb.
  • 2017-ci il dekabr ayının 18-də tarixində Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə məşhur kikboksçu Xəyal Sərdar oğlu Əhmədov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunub.
  • 2016-ci noyabr ayının 6-da tarixində Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnirdə erməni döyüşçü Cioran Apuyepyanı məğlub edib.[1]
  • 2018-ci ilin oktyabr ayında Xəyal Əhmədov Almaniyanın Boxum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə üçrəngli bayrağı növbəti dəfə başı üzərinə qaldırıb. MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli kikboksçu almaniyalı idmançı Lukas Boçenski ilə qarşılaşıb. Xəyal Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha birini əlavə edib.[2]
  • 2019-cü ilin 22 mart tarixində Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.[3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Prezident İlham Əliyev peşəkar kikboksçumuz Xəyal Əhmədovu fəxri fərmanla təltif edib.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İdmançımız ermənini nokauta saldı
  2. ""Tank" ləqəbli kikboksçumuz növbəti döyüşünü qələbə ilə başa vurub". Azertac.az. 2018-10-8. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-8.
  3. "Arxivlənmiş surət". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  4. Prezident dünya şöhrətli kikboksçumuza fəxri fərman verdi [ölü keçid]