Xəyali icmalar

Xəyali icmalarBenedikt Andersonun eyni adlı kitabında milliyətçiliyi izah etmək məqasədi ilə inkişaf edilmiş konsepsiyası.

Andersonun izahatına görə, xəyali icmaların formaşmasının səbəbi "çap kapitalizmi" idi. Kapitalist təşəbbüsçülər kitabları və başqa materiallarının tirajını maksimallaşdırmaq məqsədilə onları artıq Latın dilində yox, danışıq dillərinə daha yaxın dillərdə buraxırdılar. Bu həmin dillərdə (və ya ləhcələrdə) ümumi diskursları yaradaraq, "milli çap dilləri" əsasında Avropanın ilk milli dövlətlərinin formalşması ilə nəticələnib.

Kontekst və təsir

[redaktə | mənbəni redaktə et]

Özü marksist olan Andersonun firkinə görə, nə marksizmdən, nə də liberalizmdən gələn millətçiliyin izahlarını qəbul etmirdi.[1][2]

Ernest Gellner millətçiliyin meydana çıxmasını Şərqi Avropanın sənayeləşməsinə bağlıyır. Elie Kedonie isə Fransa inqilabı ilə mərkəzi Fransa dövlətinin qurulmasında əməyi olan aydınlama düşüncələrinin millətçiliyin ortaya çıxmasında təsirini göstərir. Anderson isə başqa sahəyə bağlıyır. O, hesab edir ki, Avropa dövlətlərinin okeanın o tayında saldığı müstəmləkələrdə yaşayan diasporada özəlliklə Amerika qitəsində, yeni koloniyalarda yaranan bir anlayışdır.

Hobsbaum və Gellnerdən fərqli olaraq, Andersonun millətçiliyə qarşı pisniyyəti yoxdur və onun fikrincə, millətçilik qloballaşan dünyada köhnəlmiş bir ideya deyil. Anderson millətçilikdə mövcud olan utopik elementi müsbət qiymətləndirir.[3]

Andersona görə "millət"süni olaraq inşa edilən bir şeydir.1778 və 1838-ci illər arasında Cənubi və Şimali Amerikada ortaya çıxan elit təbəqənin şüurlu şəkildə özlərini bir millət olaraq tanıtdıqlarını və ilk milli-dövlət modellərinin bu şəkildə yarandığını irəli sürür. Buna görə, onsuzda var olan xalq milli-dövlət inşa edə bilməz."Millətçilik düşüncəsi", milləti və milli-dövləti birlikdə inşa edər. Anderson, Fransa və Amerika örnəkləri təcrübəsindən millətin yaranmasının necə inkişafını göstərir. Bu ilk dalğa vətəndaş millətçiliyi olaraq adlandırarkən, daha sonra yaranan ikinci dalğa millətçiliyi etnik millətçilik olaraq təsdiqləyir. Anderson millət nəzəriyyəsində yazılı ədəbiyyata və onun yayılmasına mərkəzi bir rol verir. Millətçiliyin inkişafı kitabların sayının artması və mətbəə texnologiyasının inkişafı ilə əlaqəlidir. O, qeyd edirdi ki, bir millətin yaranmasında xalqın qədim dövrlərə bağlanması əhəmiyyət daşıyır, hətta bunu bir zərurət kimi görür. Bu nöqtədə Anthony D Smith dən bəzi anlayışları mənisəmişdir. Millətin yaranışı üçün həqiqi hekayələrdən çox əfsanələrə və fantastik anlayışlara dayanıldığını vurğular.

2. Bu gün içində yaşadığımız dünya bir millətlər sistemidir.150 il bundan əvvəl, bu gün mövcud olan milli-dövlətlərin yarısı belə yox idi. Son 200 ildir ki, milyonlarla insan öz xalqına olan bağlılıqları səbəbindən başqalarına kin və düşmənçilik bəslədi, fərqli millətlərdən olan insanları qətlə yetirdilər. Bu bir yana qalsın, insanlar bilə-bilə ölümə gedən bu qədər fədakar bağlılığı, bir xalqa aid olma bağlılığını necə başa düşmək olar?

B. Anderson, milliyyətçi siyasi hərəkətlər naminə yazdığı bir çox əsərlərin soruşmadığı bir suala cavab axtarır:xalqların yaranması və inkişafını, dini tayfalarla, xanədanlıqların çökməsilə, kapitalizm və mətbəənin inkişafı, rəsmi dövlət dillərinin inkişafı və "zaman"qavrayışının dəyişməsilə əlaqələndirir. Xalqı, qan bağlılığı v ə din kimi keçmiş tip tayfaların yerini alaln xəyal edilmiş bir toplu olaraq ələ alan yazar, millətçiliyin, ilk dəfə Amerikada ortaya çıxdıqdan sonra, əvvəl Avropadakı xalq hərəkatları, daha sonar isə imperialist güclər və nəhayət üçüncü dünyanın anti-imperialist mübarizələr tərəfindən çoxalan bir model olduğunu müdafiə edir.

İnsanlığı və coğrafiyanı milli sərhədlərə bölərək, hər biri özünü "ən qədim və köklü olduğunu"iddia edən və davamlı olaraq "xarici düşmənlərə" qarşı "biz" adıyla özlərini qanuniləşdirən milli dövlətlərdən qurtulmaq mümkündürmü?Anderson millət və millətçilik üzərinə, rəsmi-tarixdən gələn inanclarımızı sarsıdacaq və yenidən fikirləşmək üzrə bizə fərqli bir tarix göstərir. Kitab işıq üzü görəndən bu günümüzə qədər bütün dünyada social elmlərə dərindən təsir göstərdi, bir çox məqalə və yayımlara mövzu qaynağı olmuşdur. Bir çoxumuz bilməsək də, Marksizm və marksist hərəkətlərinin tarixində meydana gələn əsaslı dönüş üstümüzə çökmüş vəziyyətdədir. Bunun ən nəzərəçarpan işarəti, Vyetnam, Kamboca və Çin arasındakı ziddiyyətlərdir. Müstəqillik və inqilabçı ruhaları ilə müzakirə götürməz rejimlər arasından çıxdıqlarından və məsələ rejimlərdən heç biri tökülən qanı açıq olaraq Marksist olan bir teorik perspektivdən hərəkətlə qanuniləşdirmək üçün könülsüz bir neçə jestin kənarnda heç bir şeyə cəhd etmədən bu müharibələrin dünya tarixində bir çox önəmi var.1969-cu ildə Çin-Sovet qarşıdurmalarını və SSRİ-nin 1953 Almaniya,1956 Macarıstan,1968 Çexoslavakiya və 1980 Əfqanıstandakı hərbi müdaxilələri hələ seçimlərə görə "sosial imperializm"dən sosializmi müdafiə kimi izah etmək mümkündür. Əgər Vyetnamın 1978-ci il dekabr və 1979-cu il yanvarındakı Kambocaya işğalı inqilabçı Marksist rejimin digərinə qarşı girişdiyi ilk geniş ölçülü şərti müharibədirsə, Çinin fevralda Vyetnama qarşı qoşulduğu hücumu bunu tək bir örnək olaraq qalmamasının təmin etdi. Bu gün ancaq, artıq güvəni sarsılmaz olanlar, bu əsrin sonlarında çıxacaq olan müharibələrdə, kiçik sosialist dövlətlər bir yana SSRİ və ÇXR-ın eyni tərəfdə vuruşacağı ya da eyni tərəfi dəstəkləyə biləcəyinə dair iddialar edə bilərlər. Bu cür mühazirələr ikinci dunya müharibəsindən bu yana olmuş bütün inqilablar, özlərini milli terminlər-Çin Xalq Respublikası, Sosial Vyetnam Respublikası və digərləri təsvir edərək inqilab öncəsi keçmişdən davam edən regional və ictimai məkanı sıx kök salmış olduqlarını ön plana çıxartdılar. SSRİ-nin tam tərsinə, Böyük Britaniya və Şimali İrlandiya ilə birlikdə adında milli bir terminə yer verməyən nadir dövlətlərdən biri olması onu XXI əsrin internasional düzənini qabaqcılı olduğu qədər, XXI əsrin millət öncəsi xanədanlıq dövlətlərinin də bir davamçısı olduğu düşündürür. Erik Hobsbaun "Marksist hərəkət və dövlətlər yalnız şəkilcə milli olmaqla qalmadılar özlərində də elə milliyətçi oldular. Bu meylin davam etməyəcəyini düşündürən heç bir işarə yoxdur"qeyd edirdi. Üstəlik bu meyil yalnız sosialist dünyaya xas deyil. Demək olar ki, BMT hər il yeni üzvlər qəbul edir. Bir vaxtlar birliklərini tamamilə itirmiş olduğu neçə "qədim millət" özlərini sərhədləri içindən çıxan alt-millətlər tərəfindən meydan oxunanlarla bir mövqedə görürlər. Onlar əlbəttəbir gün "alt"lıqdan qurtulacaqlarını xəyal edirlər. Gerçəklikdə isə bu qədər müddətdir kəhanəti yaranan "millətçilik dövrünün sonu"göründüyündən çox uzaqdadır. Hətta millətçilik zamanımızın siyasi həyatının ən universal bölgüdə qanun qəbul edilən dəyəridir. Millət, milliyət, milliyətçilik-bunların hət birinin son dərəcə yaxşı olmayan bir şöhrəti var. Milliyyətçiliyin müasir dünya üzərindəki təsirilə müqayisə edildikdə, bu mövzuda qəbul edilən nəzəriyyələrin sayı məhduddur. Dünyada millətçilik üzrə ən məşhur ingilis yazarlarından biri Hugh Seton Uatson qeyd edir ki,"Beləliklə, millət üçün hər hansı elmli toplu olmayacağını təslim etmək məcburiyyətində qalıram;elə isə fenomen yarandı və yaranmağa davam edir. Liberal adətdən heç də az nəhəng olmayan Marksizm tərəfdarı olan Tom Nairn böyük açıqsözlüklə:"Millətçilik nəzəriyyəsi Marksizmin böyük tarixi müvəffəqiyyətsizliyidir". Millətçiliyin Marksist nəzəriyyəsi üçün rahatsızlıq verən bir anomali olduğunu və tam da bu səbədən hesaba qatılmaqdan çox həsir altı edildiyini söyləmək daha doğru olar. Bu kitabın hədəfi millətçilik deyilən "anomali"nin daha dolğun açıqlamasına nail olmaq üçün son olmayan bəzi təkliflər təqdim etməkdir. Bu üç paradoks millətçilik üzərində çalışan nəzəriyyəçiləri çaşdırmışdır:1. Millətlərin obyektiv müasirliyi qarşısında millətçilərin gözündə sahib olduqları qədim statusu 2. Sosio-mədəni anlayış olaraq millətin ölçülü universallığı-müasir dünyada hər kəsin bir ciniyyətə "sahib olması"kimi, hər kəs bir milliyətə sahib ola bilər və olamalıdı.3. Millətçillərin siyasi gücü ilə qarşılaşdığında fəlsəfi səfaləti və əsassızlıqları. Başqa bir sözlə millətçilik Hobbs, Tokvill, Marks Veber simasında özünün böyük mütəfəkkirlərini yarada bilmədi. Bu boşluq , kosmopolit və çox dilli insanların millətçiliyə yuxarıdan baxması nəticəsini göstərdi. O anlarla qarşılaşan Gertrude Stein kimi "orada bir orası yoxdur"(there is no there there) nəticəsinə nail olmaq bəlkə də çox asandır. Bu baxımdan Tom Nairn qədər anlayışlı bir milliyətçilik araşdırıcısı belə qeyd edirdi:"Milliyətçilik müasir inkişaf tarixinin, fərdi müstəvidəki "nevroz"u xatırladan patologiyasıdır.

Millətçilik " liberalizm "," faşizm " kimi faktlarla deyil də "qohumluq","din" kimi faktlarla bir düşünülsə daha asan olar. Beləliklə, antropoloji bir ruhla, millət haqqında bu tərifi vermişdi: millət xəyal edilmiş bir siyasi topluluqdur-özünü eyni zamanda həm suverenlik, həm də məhdudluq olaraq xəyal edilmişdir. Təsəvvür edilmişdir çünki ən kiçik millətin üzvləri belə digər üzvləri tanımayacaq, onlarla danışmayacaq, əksəriyyəti haqqında heç bir şey eşitməyəcəkdir, amma yenə də hər birinin zehnində topmlumun xəyalı yaşamağa davam edər. Renan da "or l essence d une nation est que tous les individus aient beauqcoup de cheses en commun, et aussi que tous aient oubline bien des choses" deyə yazdığında o özünə xas "suavely back handed way" bu xəyalı xüsusiyətə işarə edirdi. Gellner də bir az vəhşicə olsa da bənzər bir şey iddia edirdi:" Milliyyətçilik millətlərin öz şüurlarına oyanmaq müddəti deyildir;millətlərin olmadığı yerdə onları icad edər ". Ancaq bu formulun qorxusu, millətçiliyin saxta maskalar geyindiyini sübut etmək narahatlığı içində olan Gellnerin"icadi" "xəyal" və "yaratım"la birlikdə deyil "uydurma" və " saxtakarlıq" la birlikdə düşünməsi. Beləliklə millətlərlə qarşılaşdırıla biləcək və bu qarşılaşmadan avantajlı çıxacaq "həqiqi" topluların olduğuna eyham etmiş olur. Əslində üz-üzə təmasın etibarlı olduğu primitiv kəndlər xaricində bütün toplular xəyal edilmişdir. Toplular bir-birindən həqiqilik, saxtakarlıq ölçüsü üzərində deyil xəyal edilmə tərzlərinə bağlı olaraq təhlil edilməlidir. Kəndlilər həm həyatda heç görmədikləri insanlara özləri arasında bağlar olduğunu bilirlərdi amma bu bağlar keçmişdən sərhədsiz uzadıla biləcək qohumluq və himayə şəbəkələri olaraq xəyal edilirdi. Millət məhdud olaraq xəyal edilir, çünki bəlkə də bir milyon insanı əhatə edən ən böyüyünün belə kənarında başqa millətlərə mənsub insanların yaşadığı, elastik də olsa sonlu sərhədləri vardır. Heç bir millət özünü insanlığın bütünü ilə üst-üstə düşür olaraq xəyal edilə bilməz. Ən məsihçi milliyyətçilər belə, bəzi dövrlərdə xristianların başdan aşağı xristian bir planet xəyal etdikləri kimi, insan irqinin bütün üzvlərinin millətə qovuşacağı bir günün xəyalını qura bilməzlər.

Universal dinlərin tərəfdarlarının, belə dinlərin canlı çoxluğu və hər imanın ontoloji iddiaları bölgəsəl ərazi arasındakı allopmorphismlə üz-üzə qalmaqdan qaçınmadığı bir dövrdə arzusuna çatan millətlər, Tanrıya tabe olacaqlarsa belə bu tabeliyin doğrudan ona olduğu bir azadlığın yuxusunu görürlər. Bu azadlığın emblemi və əsası suveren dövlətdir. Son olaraq bir topluluq, bir camaat olaraq təsəvvür edilir, çünki hər millətə həqiqətən keçərli olan bərabərsizlik və istismar əlaqələri nə olursa olsun, millət daima dərin və üfiqi bir yoldaşlıq olaraq hazırlanır. Son iki əsr ərzində bu qədər milyon insanın, bir-birlərini öldürməkdən çox, belə məhdud xəyallar uğruna ölməyə razı olmalarını mümkün edən hadisə son anda bu qardaşlıqdı.

&3. Millətçilik araşdırmalarının klassiklərindən olan Anderson bildiyimiz kimi əslində Cənubi Asiya tarixçisidir. İki maraq dairəsinin kəsişmə nöqtəsində yer alan "Üç bayraq altında anarxizm və müstəmləkəçilik əlehdarı əsərində " Anderson bizi XIX əsrin sonunda Flippin tarixində əsas rol oynamış iki insanın yaşam hekayələrini göstərir. Bunlardan biri Katalon anarxistlərlə birlikdə Barselonadakı məşhur Montjuich qalasında həbsedilən folklorçu İsabel de los Reyes digəri isə 35 yaşında İspaniya müstəmlkəçilik rejimi tərəfindən edam edilən "Flippin xalqının atası" görkəmli roman yazarı Jose Rizal.

XIX əsr Avropasında ədəbi və siyasi axınlar, özəlliklə də anarxizm ilə Cənubi Çin dənizi və Karibdəki müstəmləkəçilik əlehdarı və milliyətçi hərəktlər arasındakı qarşılıqlı maraqlı detallar göstərən kitab anarxist internasionalizm tarixinin yaxşı bilinən səhifələrini açır. Andersonun özü də geniş bir sahəyə yayılan hadisələri göstərən, Ayzenşteynin montaj texnikləri ilə Dikens və Suenin ayrılıq roman tərzindən yararlanaraq qurulduğunu bəyan edir. Başqa bir qloballaşma imkanının , yəni "internasionalizm"in tarixində çox önəmli bir əlavələrdə bulunmuşdur.

  1. "Arxivlənmiş surət". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  2. "Arxivlənmiş surət". 2015-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  3. Interview with Benedict Anderson by Lorenz Khazaleh, University of Oslo website