Benedikt Riçard O'Qorman Anderson (ing. Benedict Richard O'Gorman Anderson, 26 avqust 1936[1][2][…], Kunminq[d][5] – 13 dekabr 2015[3][4]) — ingilis tədqiqatçısı.
Benedikt Anderson | |
---|---|
ing. Benedict Anderson | |
Doğum tarixi | 26 avqust 1936[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 2015[3][4] (79 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | universitet müəllimi[d], politoloq, yazıçı, antropoloq, filosof, tarixçi |
Üzvlüyü |
Benedict Riçard Gorman Anderson 26 avqust 1936-cı ildə Çinin Kunming bölgəsində anadan olmuşdur. İngilis-irland əsilli amerikalı siyasətçidir. Hazırda Cornell universitetində professor kimi çalışmışdır.. Millət anlayışını "xəyali icmalar"olaraq işlətmişdir. O siyasi coğrafiyada ən vacib konsepsiyanın müəlliflərindən biridir.
Ailəsi 1941-ci ildə Kaliforniyaya sonra isə İrlandiyaya köçmüşdür. 1957-ci ildə məktəbi birinci dərəcə ilə başa çatdırmışdır. Cambridge Universitetinin siyasət fakültəsini bitirmişdir. 1945-ci ildə ildə İndoneziyada olan inqilabla əlaqəli tezisini hazırlamaq üçün 1961-ci ildə İndoneziyaya gedir.Burda fəlsəfə doktoru olmaq üçün tədqiqatlar aparmışdır.1965-ci ildə Suxartonun sözdə kommunistləri əngəlləmək üçün aldığı zərbədən sonra yazdığı məqalə ucbatından 1966-cı ildə da ordan çıxarılır və geri qayıtmaq qadağası qoyulur.Tailandda dokturanturaya qəbul edilir.
B. Anderson Cornelldə George Kahin,John Echols və Clarie Holdun təsiri altında işlərini davam etdirmişdir.Suxarto xüsusi təyinatlılar tərəfindən zərəsizləşdirildikdən sonra ordu təmizləndi və yüz minlərlə insan həlak oldu.Anderson başqa iki tələbə ilə birlikdə Suxartonun tədbirlərini təhlil etmiş və buna cavab tapmağa çalışmışdır.Onun tədqiqatları indoneziyalı hərbçi çatanda kimki 1967-1968-ci illərdə Andersonu bu ölkəyə dəvət etmiş və onu monoqrafiyasında səhvlər olduğuna inandırmışdır. O , "The Pemuda Revulation: İndonesian politics" adlı dissertasiyasını 1967-ci ildə tamamladı və Cornell universitetində tədris etdi.(2002-ci ilə qədər təqaüdə çıxana kimi). 1966-cı və 1984-cü cü illər ərzində İndoneziyada fənlərarası jurnalın redaktoru olmuşdur. O İndoneziya hökuməti ilə bağlı müxtəlif mövzularada siyasət, beynəlxalq münasibətlər,insan hüquqları sahəsində tədqiqatlar aparmışdır.Cənub Şərqi Asiya üzrə ekspert kimi 1970-ci illərin sonunda Kamboca, Vyetnam və Çin arasında olan hərbi konfliktlər onu milli siyasəti təhlil etməyə sövq etmişdir.
B. Anderson 1965-ci ildən bu günə kimi Uzaq Şərq ilə əlaqəli çoxlu sayda məqalə və əsərlərin müəllifidir. Əsas əsərləri: "İmagined Communities", "İn the mirror" (1985),"The spectre of comparisons"(1998),"Java in a Time of Revulation"(2005),"Language and Power:Exploring Political Cultures in İndonesia"(2006),"Under tree flag anarchism and the anti-colonializm"(2007),"Mythology and the Tolarance of the Javanesee"(2009).
Ən məşhur əsəri 1983-cü ildə yazdığı "İmagined Communities" adlı kitabıdır. Bu kitabın sonunda Anderson "xəyali icmalar" nəzəriyyəsini təklif etmişdir. O, əsas nəzəri yanaşmaları saxlamışdır, millətçiliyi rədd etmişdir, yalnız bir neçə yol qəbul etmişdir. Millət, millətçilik bunları sübut etmək,müəyyənləşdirmək çətin idi. Onun nəzəriyyəsi millətçiliyə təsir etdi və Marksizmə müqəssir gorünürdü. Marksizm millətin meydana gəlməsi və inkişafını ən çox iqtisadi,sonra isə siyasi,mədəni,ictimai hadisələr silsiləsi ilə bağlayır,onu bəşər tarixinin uzun sürən tarixi inkişafının yekunu kimi qiymətləndirir.Bir çox Şərq və Qərb alimləri marksizmin millət anlayışını onun məhz bu cəhətlərinə görə çox ciddi şəkildə tənqid etmişlər.Onlara görə,marksizmin millət anlayışındakı ikinci bir məhdudluq onun siniflərə parçalanması,eyni bir millət daxilində"iki millətin"(eyni mədəniyyətdə olduğu kimi) mövcud olmasının iddia edilməsidir. Millətçilik 1970-ci illərdə New Left Review müzakirə predmeti olmuşdur.Marksizm millətçiliyi rədd etmədi.
Benedikt Anderson 17 dekabr 2015-ci ildə İndoneziyanın Şərqi Yava əyalətindəki Batu şəhərində oteldə vəfat edib.
Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |