Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü.
Xəzər iynəbalığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Xəzər iynəbalığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır.
İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir.
İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür. Kamera kürü ilə dolduqdan sonra, dəri qatları ağız- ağıza birləşərək qapalı kameraya çevrilir və kürülərin inkişafı bu kameranın daxilində gedir. Sürfələrin qidalanmasına xidmət edən sarılıq kisəsi sorulub qurtardıqdan sonra balalar kameranı tərk edərək sərbəst yaşamağa başlayırlar. Kamerada 34–40 ədəd, bəzən 82 ədəd kürü olur. Kürüdən sürfələr əmələ gəldikdən sonra kameranın ağzı açılır və uzunluğu 11,5 mm olan körpə balıqlar oradan çıxaraq suya düşür.
İynə balıqlar xırda plankton orqanizmlərlə qidalanır, vətəgə əhəmiyyəti yoxdur.[2]