Xəzər səhləbi (lat. Ophrys caspia) — səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü.
Xəzər səhləbi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3 cd. Qafqazın nadir, endemik novüdür.[1][2]
Çoxillik ot bitkisidir. Kök yumrusu uzunsov-yumurtavari, 2,8 sm uzunluğunda, 1,7 sm enindədir. Gövdəsi 12-32 sm hündürlükdə və daha hündürdür. Gövdənin aşağı hissəsindəki yarpaqları xətvari-neştərşəkilli, 9 sm uzunluğunda və 1,5 sm enindədir. Çiçəkqrupu seyrəkdir, uzunsov 3-10 sm uzunluğundadır. Çiçəkləri tünd, fır-fır rəngli, çiçək yanlığının kənar ləçəkləri küt, 8–10 mm uzunluqda, uzunsov-lansetvaridir. Çiçək yanlığının daxili ləçəkləri uzunsov xətvari, kənardakından qısadır, dodaqcığı pazşəkilli və ya rombşəkilli, tərs-yumurtavari, kənarları xırda dişlidir. Mahmızı solğun, konusşəkilli, dodaqcıqdan uzun, yumurtalıqdan qısa, bir qədər əyilmişdir [3]
Çiçəkləməsi aprel-iyun aylarına təsadüf edir. Orta dağ qurşağının qayalıqları arasında, otlu yamaclarda, meşə kənarında, kolluqlarda rast gəlinir [3].
Böyük Qafqazın şərqi ( Şamaxı rayonu Göylər kəndi); Abşeron yarımadası (Balaxanı); Samur-Dəvəçi ovalığı, Qobustan düzənliyi, Kür düzənliyi, Kiçik Qafqazın mərkəzi, Lənkəranın dağlıq hissəsi və düzənliyi.[3][4]
Populyasiyasının azalması müşahidə olunur (30-50%).[5]
Antropogen amillər (otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanılması, sənaye mərkəzlərinə yaxın olması, yeni tikintilər və infrastrukturun inkişafı).
Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya-ontogenetik təhlilin aparılması, toxum bankında saxlanılması, yeni yayılma yerlərinni axtarılması məqsədəuyğundur.