Xəzər tısbağası (lat. Mauremys caspica) Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) fəsiləsinə aid növdür. Qafqazda ilk dəfə 1774-cü ildə Şamaxı ətrafında qeydə alınmışdır.
Xəzər tısbağası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xəzər tısbağası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Karapaks plastronla enli sümük vasitəsilə hərəkətsiz birləşib. Başda, boyunda və ətraflarda sarı rəngdə uzununa zolaqlar yerləşir. Çanaq üstdən zeytuni – qonur rəngdə olub, sarımtıl zolaqlara, alt tərəfi isə sarı rəngdə olub, qara xallara malikdir.
mal-Qərbi Afrikada, Cənubi Avropada və Ön Asiyada, həmçinin Aralıq dənizinin şimalındakı adalarda rast gəlinir. Azərbaycan ərazisində nominativ yarımnövü olan (lat. Mauremys caspica caspica) yayılmışdır.
Kanal, arx və nohurladan tutmuş meşə çayları və körfəzlərə qədər müxtəlif şirinsu hövzələrində adətən qruplarla (3-dən 100-ədək) yaşayır. Sudan uzağa getmir. Aprelin sonu - mayın əvvəllərində qış yuxusundan oyanır. Bundan sonra cütləşmə baş verir. Bir dişi mövsüm ərzində 8-10 ədəd yumurtadan ibarət olmaqla 2-3 dəfə yumurta qoyur. İnkubasiya dövrü iki aya yaxındır. Cinsi yetkinliyə 10-11 yaşında çatırlar. Başlıca olaraq gündüz fəaldırlar. Gecəni su hövzələrinin dibində keçirirlər. Oktyabrın sonu, noyabrın əvvəlləri qışlamay gedirlər. Həm quruda, həm də suda əsasən cücülər, xərçəngkimilər, qurbağalar və balıqlarla, bəzən isə bitkilərlə qidalanır.