X-hündürlük

Simvolların elementlərinin sxemi

x-hündürlük (ing. x-height, rus. x-высота) — poliqrafiyada: sətri (adi) hərflərin əsas hissəsinin hündürlüyü. x-hündürlük qiymətinə simvolların sətiraltı və sətirüstü elementlərinin ölçüləri daxil deyil. Adətən, hərflərin bir çoxunda uzun, yaxud qısa üst və alt çıxıntılar olduğundan, "x", yaxud "z" hərfinin hündürlüyü şriftin ölçüsü haqqında daha gerçək təsəvvür yaradır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]