XI Qırmızı Ordu — Sovet Rusiyası qoşunlarının Qafqaz cəbhəsinin tərkibinə daxil olan iri hərbi birləşmə. Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmişdir.
XI Qırmızı Ordu | |
---|---|
11-я армия (РККА) | |
Növü | quru qoşunları |
Yaranma tarixi | 1918-1921 |
Ölkə | Rusiya Sovet Federativ Sosialist Respublikası |
Tabedir | Qızıl Ordu |
Döyüşlər |
|
Komandanlıq | |
Məşhur komandirləri | Mixail Levandovski |
1918-ci il oktyabrın 3-də yaradılmışdır. Həmin tarixdə cənub cəbhəsi komandanının 16 saylı əmri əsasında Şimali Qafqazın qərb rayonlarındakı qırmızı hərbi hissələrlə Taman qoşunları birləşdirilərək 11-ci ordu yaradıldı. OQO, başlıca olaraq, Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmişdir[1].
Saritsını, Həştərxanı və bütünlükdə Şimali Qafqazın Xəzərboyu ərazilərini bolşevik nəzarətinə aldıqdan sonra OQO cənuba doğru irəliləmək və Azərbaycanı işğal etmək tapşırığı almışdı. Həyata keçiriləcək işğalçılıq yürüşü Bakı əməliyyatı adlandırılmışdı. Cənubi Qafqaza yaxınlaşarkən tərkibində 12 süvari və piyada alayın olmasına baxmayaraq, Azərbaycanın tezliklə işğalı üçün OQO daha da möhkəmləndirildi. Cənub cəbhəsində fəaliyyət göstərən P.Kurışkonun süvari briqadası, 9 və 10-cu ordulardan 20, 28 və 32-ci atıcı diviziyalar OQO-ya verildi. Azərbaycana hücum ərəfəsində OQO-nun möhkəmləndirilməsi məqsədilə Qafqaz Cəbhəsində qüvvələr yenidən qruplaşdırıldı. Cəbhə komandanlığının 1920-ci il 6 aprel tarixli əmri ilə 7-ci süvari diviziyası, Taman süvari briqadası və Kurışkonun süvari briqadası 2-ci süvari korpusunda birləşdirilən OQO-nun tərkibinə verildi. Beləliklə, Azərbaycana girməzdən əvvəl OQO-nun tərkibində 20, 28 və 32-ci atıcı diviziyalar, Taman atıcı briqadası, 2-ci süvari korpusu, 1-ci süvari diviziyası, 11 zirehli qatar və bir təyyarə eskadrilyası var idi. Ordunun bütün şəxsi heyəti 72472 nofərdən ibarət idi. 1920-ci il martın 26-dan OQO-ya M.K.Levandovski komandanlıq edirdi. 1920-ci il aprelin 27-nə keçən gecə OQO qüvvələri heç bir xəbərdarlıq etmədən və beynəlxalq hüquq normalanın kobudcasına pozaraq müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədini keçdilər Yalama və Sarvan döyüşlərindən sonra mövcud mürəkkəb şəraitdən istifadə edərək, qısa müddət ərzində ölkəni işğal etdilər. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı[2].