Xabez

Xabez (abq. Хьэбэз, kab.-çərk. Хьэбэз, qaraç.-balk. Хабез, noq. Хабез) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Xabez rayonunun inzibati mərkəzi.

Xabez
44°02′ şm. e. 41°46′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1833
Əhalisi
Əhalisi
  • 6.632 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87873
Poçt indeksi 369400, 369401
Xəritəni göstər/gizlə
Xabez xəritədə
Xabez
Xabez

Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.

Xabez rayonunun mərkəzi hissəsində, Kiçik Zelençuk çayının sol sahilində yerləşir. Çerkessk şəhərindən 33 km cənub-qərbdə, Çerkessk-Arxız yolu üzərində yerləşir.

Kənd yaşayış məntəqəsinin sahəsi - 65 km².

Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Əli-Berdukovski, şimal-şərqdə Elburqan və şərqdə İnjiç-Çukun. Qərbə doğru kənd yaşayış məntəqəsinin torpaqları otlaq çəmənliyinə çevrilir.

Kənd respublikanın dağətəyi zonasında yerləşir. Təpəli bir düzənlik ərazidir. Kənd yaşayış məntəqəsində orta hündürlük dəniz səviyyəsindən 684 metrdir. Cənub-şərqdən şimal-qərbə şaquli düşmə 400 metrdən çoxdur.

Hidroqrafik şəbəkəsi Kiçik Zelençuk, Xabez, Xodokops, Belaya, Poikey və s. çaylarla təşkil olunur. Güclü yeraltı su mənbələrinə malikdir.

İqlimi mülayimdir. Orta illik temperaturu + 9 °C-dir. Ən soyuq ayı yanvar (orta aylıq temperatur 4 °C), ən isti isə ay isə iyuldur (+ 22 °C). Şaxtalar dekabrın əvvəlindən başlayır və aprelin əvvəlində qədər davam edir. Bir illik orta yağıntının miqdarı 600 mm təşkil edir. Yağıntıların əksəriyyəti aprel-iyun ayları düşür.

Kənd sovetliyi 1919-cu ildə təşkil olunmuş və nəhayət 1920-ci ildə tam olaraq formalaşmışdır.

1920-ci ildə Kasaevski kəndinin adı bir zadəganla bağlı olması səbəbindən dəyişdirilir. Kənd yerləşdiyi ərazinin adı ilə adlandırılır.

Mərkəzi kənd məscidi

Mərkəzi məscid;

Aulun yuxarı hissəsindəki məscid;

Aulun aşağı hissəsindəki məscid;

E. M. Xapsirokov adına Lisey. - Puşkin k., 15

1 nömrəli orta məktəb - Sovet k., 44

"Seteney" uşaq bağçası - Lenin k., 69

"Nur" uşaq bağçası - Xabekov k., 80

Rayon xəstəxanası

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:

xalq say,
nəf. (2010)
ümumi
əhaliyə olan nisbət, % (2010)
çərkəzlər 6 040 96,8 %
abazinlər 122 2,0 %
ruslar 35 0,6 %
digərləri 43 0,6 %
ümumi 6 240 100 %

Əhalinin sıxlığı - 98.69 nəf./km.

  1. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  2. "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.