Xabez rayonu

Xabez (abq. Хӏабаз район, kab.-çərk. Хьэбэз район / Хьэбэз куей, qaraç.-balk. Хабез район, noq. Хабез район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur.

Xabez rayonu

44°02′ şm. e. 41°46′ ş. u.


Ölkə
İnzibati mərkəz Xabez
Tarixi və coğrafiyası
Sahəsi
  • 565 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.929 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87873
Rəsmi sayt
Xabez rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə AbazinPrikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu.

Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.

Rayondakı hidroqrafik şəbəkə əsasən çoxlu sayda qolu olan Bolşoy Zelençuk və Malı Zelençuk çaylarının alt hövzələri ilə təmsil olunur.

Rayonun ümumi sahəsi 528.53 km²-dir (2013-cü ildən bəri).

1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)

12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[2]:

  • Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.

1997-ci ildə rayonda 10 inzibati vahid qurulur[3][4]. 2004-cü ildə rayon ərazisində kənd yaşayış məntəqəsi statusuna malik 12 bələdiyyə təşkil olunur[5].

2006-cı ildə İnjiç-Çukun və Elburqan kəndləri yeni təşkil olunan Abazin rayonuna verildi.

Milli tərkib
Xalq 2010[6] 2002[7]
Çərkəzlər 28 877
(95,1 %)
25 936
(81,3 %)
noqaylar 622
(2,0 %)
676
(2,1 %)
abazinlər 372
(1,2 %)
4 478
(14,0 %)
ruslar 174
(0,6 %)
371
(1,2 %)
qaraçaylılar 78
(0,3 %)
109
(0,3 %)
digərləri 233
(0,8 %)
315
(1,0 %)
ümumi 30 356
(100,0 %)
31 885
(100,0 %)
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[8]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 3 282 3 153 6 435 21,20 %
15 — 59 yaşлет 9 667 10 292 19 959 65,75 %
60 yaşdan yuxarı 1 552 2 410 3 962 13,05 %
ümumi 14 501 15 855 30 356 100,0 %

Kişilər — 14 501 nəf. (47,8 %). Qadınlar — 15 855 nəf. (52,2 %).

Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 33,2 yaş. Qadınların orta yaşı — 35,5 yaş.

2000-ci illərdə rayondakı bir sıra yaşayış məntəqələri qazlaşdırıldı. Bəzi kəndlərdə məktəb, uşaq bağçası və digər sosial obyektlər açıldı. Xabez kəndində «Adiyuh-Palace» otel-sağlamlıq kompleksi fəaliyyət göstərir. Ayrıca rayonda bəzi mənbələrə görə, beynəlxalq nüvə sınağı izləmə sistemi üçün bir stansiya da vardır[9].

  1. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  2. "Об изменениях в административно-территориальном делении Ставропольского края". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  3. "Постановление Народного Собрания (Парламента) Карачаево-Черкесской Республики № 287-XXII от 26 июня 1997 года «Об образовании муниципальных образований и назначении даты проведения выборов в органы местного самоуправления и должностных лиц местного самоуправления»". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  4. "Закон Карачаево-Черкесской Республики № 444-XXII от 14 июля 1998 года «О муниципальных образованиях в Карачаево-Черкесской Республике»". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  5. "Закон Карачаево-Черкесской Республики № 48-РЗ от 16 декабря 2004 года «Об установлении границ муниципальных образований на территории Хабезского района и наделении их соответствующим статусом»". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  6. "Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  7. Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
  8. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  9. "Достопримечательности аула Хабез // Коммерсантъ Власть, 17.12.2007, № 49. С. 33". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.