Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran[2], Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır.
Xain bizans | |
---|---|
türkcə: Kahpe Bizans | |
Janr | komediya filmi |
Rejissor | Qani Müjdə |
Prodüser |
Mehmed Soyarslan Fərdi Əyilməz |
Baş rollarda | |
İlk baxış tarixi | 21 yanvar 2000 |
Gəlir | 4.186.793 TL[1] |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
Sonrakı film | Bizans oyunları |
Rəng | Rəngli |
IMDb | ID0245192 |
Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır.
İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür. Biri Şərqi Romanın varisi olur; biri obada, digəri isə çayda yaşayır.