Ayşəgül Aldinç

Ayşəgül Aldinç (türk. Ayşegül Aldinç; 28 sentyabr 1957[1], İstanbul) — Türkiyə müğənnisi və aktrisası.

Ayşəgül Aldinç
türk. Ayşegül Aldinç
Ümumi məlumatlar
Doğum tarixi 28 sentyabr 1957(1957-09-28)[1] (67 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni
Fəaliyyət illəri 1978-ci ildən
Janr pop musiqisi
Albom şirkəti EMI[d]
Təhsili
aysegulaldinc.com.tr

Ayşəgül Aldinç 28 sentyabr 1957-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, jurnalist və idman yazıçısı Orxan Aldinç ilə rəssamlıq üzrə müəllim Süheyla Aldinçin qızıdır. Onun ata tərəfi boşnak mənşəlidir.[2] İstanbulun Cahangir məhəlləsində böyüyən Aldinç orta təhsilini anasının təyinatları səbəbilə Taksim, Qocamustafapaşa və Fəriköy rayonlarındakı məktəblərdə keçirmişdir. O, orta məktəbi Sultanəhməd Oğlan İncəsənət Məktəbində bitirmişdir. Aldinç bundan sonra Tətbiqi İncəsənət Akademiyasının (indiki Mərmərə Universiteti tərkibində) Keramika fakültəsini bitirmişdir. O, məzun olduqdan qısa müddət sonra Anafartalar orta məktəbində rəssamlıq üzrə müəllim olmuş, İstanbul Akaretler orta məktəbində isə musiqi müəllimi kimi işləmişdir.[3] Aldinç 1978-ci ildə Mehmet Teoman ilə professional musiqi karyerasına başlamışdır. Onun yeganə evliliyi 1979-cu ildə Mehmet Teomanla olmuşdur, lakin cütlük bir neçə ay sonra boşanmışdır.[4]

  • Ayşegül Kitapta (2001, Parantez Yayınları)
  1. 1 2 Ayşegül Aldinç // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. "Boşnak böreğime herkes bayılır". Hürriyet. 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.
  3. "Bu devrin kadını değilim". Hürriyet. 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyil 2022.
  4. "İmzasız evlilikler". Hürriyet. 16 Kasım 1999. 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]